/ / Li Yong: Bakı Beynəlxalq sənaye konfransı müasir yanaşmaların müzakirəsi baxımından çox mühüm platformadır
Li Yong: Bakı Beynəlxalq sənaye konfransı müasir yanaşmaların müzakirəsi baxımından çox mühüm platformadır
27.11.2014 [09:50]
Bakı Beynəlxalq sənaye konfransı müasir yanaşmaların müzakirəsi baxımından çox mühüm platformadır. Bu fikir BMT-nin Sənaye İnkişafı Təşkilatının baş katibi Li Yongun noyabrın 26-da Bakıda işə başlayan konfransın iştirakçılarına ünvanlanmış video müraciətində səslənib.
“XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfransın təşkilatçıları İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir.
AzərTAc xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 21 ölkənin dövlət qurumlarını, araşdırma mərkəzlərini, sənaye sahəsində fəaliyyət göstərən şirkətləri, 22 beynəlxalq təşkilat və maliyyə institutunu təmsil edən 300-dən çox iştirakçının qatıldığı beynəlxalq konfransda müasir sənaye siyasətində yeni yanaşmaların müzakirə olunacağını bildirib. Nazir sənayenin Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan olunduğunu xatırladıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxunub.
BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi bu ali qurumun Sənaye İnkişafı Təşkilatının baş katibi Li Yongun tədbir iştirakçılarına ünvanlanmış video müraciətini təqdim edib.
Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek diqqətə çatdırıb ki, Azərbaycan son illərdə çox uğurlu tərəqqi əldə edib. İqtisadi artım, institusional təsisat və ekologiya sahələrində də inkişaf göz önündədir. Azərbaycan orta gəlirli ölkədən bilik iqtisadiyyatına keçid kimi prioritet istiqamət seçib. Dünyada elə bir ölkə yoxdur ki, sosial iqtisadi inkişafa kiçik və orta sahibkarlığı, sənayeni inkişaf etdirmədən keçə bilsin. Bu baxımdan Azərbaycanın kiçik və orta sahibkarlığı inkişaf etdirmək, müasir texnologiyaları tətbiq etmək siyasəti alqışlanmalıdır.
Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel çıxışında vurğulayıb ki, Azərbaycan iqtisadi şaxələndirməni, qeyri-neft sektorunun inkişafını özünün prioriteti elan edib. Bu isə kiçik və orta sahibkarlığın inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı”nı imzalayıblar.
Fasilədən sonra Bakı Beynəlxalq sənaye konfransı “Müasir sənaye siyasəti və sənayenin dayanıqlı inkişafı” mövzusunda panel sessiyası ilə işini davam etdirib. Sessiyada iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan sənayesi, əldə olunmuş uğurlar, ölkəmizin sənaye potensialı və inkişaf perspektivləri barədə məlumat verib.
Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr barədə məlumat verən Ş.Mustafayev ölkəmizdə ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişləndiyini, yeni istehsal sahələrinin yaradıldığını, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsinin yüksəldiyini vurğulayıb. Statistik göstəriciləri açıqlayan iqtisadiyyat və sənaye naziri bildirib ki, sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2013-cü ildə 48 faizə yüksəlib. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artıb.
İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə, Monteneqro Respublikasının iqtisadiyyat naziri Vladimir Kavariç, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov, Səudiyyə Ərəbistanının İnvestisiya Baş İdarəsinin direktor müavini Qada Alsubai, BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Şamil Ələsgərov, MDB-nin icraçı katibinin müavini Sergey İvanov çıxışlarında təmsil etdikləri ölkələrin və qurumların sənaye siyasəti, əldə olunan uğurlar, inkişaf istiqamətləri və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıblar.
Sonra Fransanın “Alston” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Sənaye parkları və klasterləri: dayanıqlı sənaye siyasətində beynəlxalq təcrübələr” mövzusunda keçirilən ikinci panel sessiyasında Türkiyə, Almaniya və digər ölkələrdən olan şirkətlərin nümayəndələri sənaye parkları və klasterlərə dair beynəlxalq təcrübədən bəhs ediblər. İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov isə Azərbaycanda bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Bakı Beynəlxalq sənaye konfransı işini bu gün davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

