Londonda AzərTAc-ın informasiya dəstəyi ilə beynəlxalq konfrans keçirilib
28.11.2014 [09:45]
Londonda “Eurasian Dynamics” şirkətinin təşkilatçılığı, Böyük Britaniyanın strateji təhlil qurumu olan Oksford Beynəlxalq Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Interfax və Bloomberg agentlikləri, “Avropa Enerji”, “Neft və Qaz Texnologiyası”, “Müstəqil Kimyəvi İnformasiya Xidməti” (ICIS), “NRG Expert” və digər nüfuzlu xəbər portallarının informasiya dəstəyi ilə keçirilib.
Konfransda beynəlxalq enerji şirkətləri, maliyyə qurumları, Avropadan, Mərkəzi Asiyadan, Azərbaycan, Rusiya, Çin, ABŞ, Yaponiya və Koreya Respublikasından analitiklər, hökumət rəsmiləri regionda enerji geosiyasəti və investisiya dinamikası, eləcə də hüquqi risklər və layihə maliyyələşdirilməsi sahəsindəki yeniliklərlə bağlı fikir mübadiləsi aparıblar.
Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri konfransda açılış nitqi ilə çıxış edib.
Ç.Hendri Britaniya parlamentində Mərkəzi Asiya və Azərbaycan haqqında tez-tez müzakirələr aparıldığını, enerji məsələsində bu bölgələrin beynəlxalq səviyyədə əhəmiyyətli olduğunu vurğulayıb. Britaniya şirkətlərinin həmin bölgələrə böyük maraq göstərdiyini diqqətə çatdıran parlament nümayəndəsi regionun, həmçinin biznes üçün əlverişli və perspektivli olduğunu vurğulayıb.
Bildirilib ki, enerji məsələsi təkcə regional deyil, həm də qlobal əhəmiyyəti bir məsələdir. Enerji sahəsində şaxələndirilmənin önəmini vurğulayan Ç.Hendri bunun uzunmüddətli bir proses olduğunu diqqətə çatdırıb. O, bölgədə və Azərbaycanda enerji sahəsində gedən proseslər, bu sektorda görülən işlər və gələcək layihələr haqqında ətraflı məlumat verib, Avropanın enerji təhlükəsizliyi məsələsində bölgənin əhəmiyyətini vurğulayıb.
Baş nazirin elçisi, həmçinin siyasi proseslərin enerji məsələlərinə təsiri, bunun nəticələri, problemlər və onların həlli yolları haqqında danışıb.
Azərbaycanın inkişafından bəhs edən Ç.Hendri ölkəmizin müstəqilliyinin bərpasından sonra böyük nailiyyətlərə imza atdığını bildirib. Qeyd edib ki, Azərbaycan ölkəyə beynəlxalq investorları cəlb etməklə məqsədyönlü enerji siyasəti yürüdür. Ölkədə enerji sahəsində həyata keçirilən layihələrin hərtərəfli inkişafa şərait yaratdığını bildirən ticarət elçisi gələcəkdə də uğurların davam edəcəyinə əminliyini vurğulayıb.
Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərə də toxunan Ç.Hendri ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, ölkələrimizin xüsusilə enerji sahəsində sıx əməkdaşlıq etdiklərini, Azərbaycana yatırılan xarici investisiyanın demək olar ki, yarısının Britaniyanın payına düşdüyü bildirilib.
Sonra konfrans işini sessiyalar üzrə davam etdirib.
Mövzu ətrafında məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

