Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Musa Quliyev: Radikal müxalifətin iddiaları əsassızdır

Musa Quliyev: Radikal müxalifətin iddiaları əsassızdır

29.11.2014 [11:30]

“Neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına heç bir mənfi təsiri olmayacaq”. Bu fikirləri SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev dünya bazarında neftin ucuzlaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında problemlərin yaranacağı haqqında səsləndirilən iddialara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, radikal müxalifətçilər neft kontraktları bağlananda da heç bir əsası olmayan proqnozlarla çıxış edirdilər: “20 il keçməsinə baxmayaraq, bunlar hələ də eyni fikirlərlə çıxış edirlər. Zaman özü göstərdi ki, Azərbaycan günü-gündən inkişaf edib, dünyanın ən qabaqcıl ölkələri sırasına daxil olub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ÜDM-də qeyri-neft sektorunun payı 64 faizə çatıb. Buna görə də neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatında heç bir problem yarada bilməz. Radikal müxalifətin iddialarının isə heç bir məntiqi əsası yoxdur”.

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31