Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Heç bir dövlətin və təşkilatın digər bir dövlətin daxili işlərinə qarışmağa haqqı yoxdur

Siyavuş Novruzov: Heç bir dövlətin və təşkilatın digər bir dövlətin daxili işlərinə qarışmağa haqqı yoxdur

29.11.2014 [11:36]

“Bu gün Avropanın müxtəlif qurumları bütün diqqət və nəzərlərini Azərbaycana yönəldir. Bu isə bir çox hallarda Azərbaycanın inkişafını gözü götürməməkdən, inkişafımızı qəbul etməməkdən irəli gəlir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin dünən keçirilən iclasında deyib.
S.Novruzov bildirib ki, bunun nəticəsi olaraq dəfələrlə Azərbaycana qarşı ədalətsiz, demokratiyaya və insan haqlarına zidd şəkildə müxtəlif qərarlar qəbul edilib. Onun sözlərinə görə, bu qərara səs verən elə adamlar var ki, onlardan soruşsan ki, kimi müdafiə edirsiz, müdafiə etdikləri adamların ad və soyadlarını belə düzgün ifadə edə bilməyəcəklər: “Bir müddət öncə ABŞ prezidenti çıxış edərək, guya, Azərbaycanda QHT-lərin fəaliyyətinin məhdudlaşdırıldığını deyir. Bu günlərdə isə Çexiyada erməni lobbisinin təsirində olan bir təşkilat anti-Azərbaycan fəaliyyət göstərir. Həmin təşkilatın bu günlərdə Gürcüstanda keçirilən tədbirdə ölkəmizə qarşı etdiyi təxribatı hamımız gördük. Yəni, burada da Avropanın müxtəlif qurumlarının, erməni lobbisinin təsiri göz önündədir. Biz belə hallarla ciddi şəkildə mübarizə aparmalıyıq”.
Millət vəkili qeyd edib ki, biz onlara tərəf addım atdıqca, bəyanatlarını daha da sərtləşdirir, üzərimizə gəlirlər: “Heç bir dövlətin, təşkilatın digər bir dövlətin daxili işlərinə qarışmağa haqqı yoxdur. ABŞ-da bir yeniyetməni polis öldürdü. Bu hadisə Azərbaycanda olsaydı, bəzi təşkilatlar bütün dünyanı ayağa qaldırmağa çalışardı. Eləcə də, yeniyetməni öldürən polisə bəraət verildiyi üçün etiraz aksiyaları keçirən insanlara qarşı zor tətbiq olunur. Sərbəst toplaşmaq azadlığından danışan təşkilatlar isə susur. Amma bu hadisə ölkəmizdə olsaydı, tamamilə başqa münasibət ortaya qoyardılar”.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31