Bakıda QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası işə başlayıb
02.12.2014 [09:29]
Dekabrın 1-də “Kempinski Badamdar” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun yüksək səviyyəli iclası işə başlayıb.
AzərTAc xəbər verir ki, toplantıda EİF-in icraçı direktoru Elçin Babayev və QDİƏT-in Daimi Katibliyinin icraçı direktoru Bratislav Dordevic beynəlxalq tədbir barədə məlumat verib, onun işinə uğurlar arzulayıblar.
Bildirilib ki, iki gün davam edəcək toplantıda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində iki və dördillik fəaliyyət planları, Bəyannamə və digər müvafiq sənədlər müzakirə olunacaq. Müzakirə olunan planlar və Bəyannamə QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin dekabrın 3-də keçiriləcək yüksək səviyyəli iclasında qəbul olunmaq üçün təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda 2014-cü il iyulun 1-dən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ölkə əlaqələndiricisi kimi İşçi Qrupunda fəaliyyətini 2016-cı il iyunun 30-dək davam etdirəcək.
İclasın işinə QDİƏT-ə üzv olan Azərbaycan, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Moldova və Ukraynanın tanınmış ekspertləri qatılıblar. Həmçinin QDİƏT-in İstanbulda yerləşən Daimi Katibliyinin rəhbərliyi, təşkilatın Parlament Assambleyasının, Yunanıstanda fəaliyyət göstərən Qara Dəniz Tədqiqatları Beynəlxalq Mərkəzinin, üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edirlər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

