/ / QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin Bakı görüşündə mühüm qərarlar qəbul edilib
QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin Bakı görüşündə mühüm qərarlar qəbul edilib
04.12.2014 [10:10]
Dekabrın 3-də “Kempinski Badamdar” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasda QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan yüksək səviyyəli nümayəndə heyətləri, üzv ölkələrin Bakıdakı səfirliklərinin təmsilçiləri, dövlət və hökumət qurumlarının nümayəndələri və ali məktəb rektorları iştirak ediblər.
Toplantıda çıxış edən nazir Əli Abbasov bildirib ki, Fəaliyyət Planında bilateral əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, tədqiqat və inkişaf üzrə şəbəkələrin fəaliyyətinin canlandırılması, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunun reabilitasiyası və digər mühüm məsələlər öz əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təşkilatın fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, 12 dövlətin üzv olduğu QDİƏT-in ali orqanı Xarici İşlər Nazirləri Şurasıdır və üzv ölkələrin əlaqələndiricilik işini təşkilatın İstanbul şəhərində yerləşən Daimi Beynəlxalq Katibliyi təşkil edir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti əsasən işçi qrupları vasitəsilə həyata keçirilir. QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini isə ölkə əlaqələndiricisi olan Azərbaycan adından iki il müddətində Elmin İnkişafı Fondu əlaqələndirəcək.
Türkiyənin elm, sənaye və texnologiya naziri İsıq Fikri, Bolqarıstanın təhsil və elm naziri Todor Tanev, Rusiyanın təhsil və elm nazirinin müavini Venyamin Kaqanov, bu ölkənin rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin baş katibi Viktor Tvircun və Katibliyin icraçı direktoru Bratislav Dordevic, Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas, QDİƏT-ə sədrlik edən Yunanıstanın əlaqələndiricisi, səfir Maykl Kristides, Moldova Elmlər Akademiyasının vitse-prezidenti İon Quceac, Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç, Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Asəf Hacıyev, QDİƏT Parlament Assembleyasının İqtisadiyyat, Kommersiya, Texnologiya və Ətraf Mühit üzrə Komitəsinin katibi Yadigar Məmmədov, QDİƏT-də müşahidəçi statusuna malik Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və digər çıxış edənlər beynəlxalq tədbirin üzv ölkələr arasında əlaqələrin daha da inkişafında mühüm rol oynayacağını vurğulayıblar.
Yüksək səviyyəli toplantıda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində dördillik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər müzakirə olunaraq qərarlar qəbul edilib. Həmin sənədlər QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun dekabrın 1-2-də Bakıda keçirilən iclasında ekspertlər tərəfindən hazırlanıb. İclasda, həmçinin EİF-in təqdim etdiyi ikiillik fəaliyyət planı da müzakirə edilərək qəbul olunub.
Azərbaycan 2014-cü il iyulun 1-dən etibarən QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda əlaqələndirici funksiyasını yerinə yetirir. Respublikamız iki il müddətində ölkə əlaqələndiricisi kimi fəaliyyətini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

