Daxili və xarici siyasətin səmərəliliyi Azərbaycanın qüdrətini daha da artırır
06.12.2014 [12:21]
Çoxşaxəli, dinamik inkişaf və ictimai-siyasi sabitlik müasir Azərbaycanın əsas reallıqlarını təşkil edir
Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir Azərbaycanın gerçəkliklərini təşkil edir.
Ümumilikdə, modern Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir. Bu paradiqmalar özündə kompleks məsələlər və istiqamətləri ehtiva edir.
Azərbaycanın dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir
Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Ümumiyyətlə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası istiqamətində və digər bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibəsində qeyd edib ki, gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik: “Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir”.
Ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Müasir Azərbaycanın dinamik inkişafı kontekstində həyata keçirilən uğurlu sosial siyasət kursuna da toxunmaq gərəkdir. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir.
Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun yüksək səviyyədə təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Bir sözlə, Azərbaycanda əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin bildirdiyi kimi, təbii ki, bütün bunlar dövlətin iqtisadi siyasətinin, habelə biznes üçün yaxşı şəraitin yaradılmasının nəticəsində olub: “Çünki iş yerləri neft sahəsində yaradılmayıb. Neft sahəsində iş yerləri belə tez yaradılmır. Bu yerlər istehsal və xidmət sahələrində, regionlarda yaradılıb. İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir. Burada əsas məsələ o qədər də prioritet olmayan sahələrlə cəmiyyətin sosial vəziyyətinə təsir göstərməyən sahələr arasında xərclərin azaldılmasının məhz düzgün balansının tapılmasıdır”.
Multikulturalizm Azərbaycanda həyat tərzidir
Azərbaycanın dinamik inkişafından, strateji inkişaf paradiqmalarından bəhs edərkən qeyd etmək lazımdır ki, ölkə reallıqlarından biri də multikulturalizmin Azərbaycanda həyat tərzi olmasıdır. Ümumiyyətlə, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir.
Məhz Azərbaycanın təcrübəsi, multikulturalizmin təbliği üçün müsbət nümunə olması həm ayrı-ayrı ekspertlər tərəfindən vurğulanır, həm də bu məsələ beynəlxalq mətbuatda özünə geniş yer tapır.
Yeri gəlmişkən, dövlətimizin başçısı bəhs olunan müsahibəsində diqqətə çatdırıb ki, biz müasir dünyada çox vaxt başqa mənzərə - qarşıdurma, təcridolunma, ayrı-seçkilik görürük: “Bəzi ölkələrdə ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir. Onu göstərir ki, öz mədəniyyətinə, tarixinə bağlı olmaqla bərabər, eyni zamanda, başqa xalqların və dinlərin nümayəndələrinin mədəniyyətinə də hörmətlə yanaşmaq olar. Təsadüfi deyil ki, Bakı bu sahədə beynəlxalq əməkdaşlığın özünəməxsus mərkəzinə çevrilib. Bu yaxınlarda bizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, müxtəlif tədbirlər, beynəlxalq forumlar keçirilir. Əlbəttə, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi belə bir nümunə göstərir ki, sosial sifariş və dövlətin düzgün siyasəti olanda bütün bu məsələləri bacarıqla həll etmək mümkündür”.
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji prioritet kimi...
Azərbaycanın qətiyyətli xarici siyasət kursundan bəhs edərkən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin sərgilədiyi prinsipial mövqeyə də toxunmaq gərəkdir. Ümumiyyətlə, həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi vəzifəsi təşkil edir. Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan hücum diplomatiyasının fonunda diplomatik cəbhədə əhəmiyyətli nailiyyətlər qazanılıb, eləcə də informasiya savaşında mühüm üstünlük əldə edilib.
Lakin Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Son hadisələr bir daha bunu nümayiş etdirdi. Belə ki, Serj Sarkisyan hakimiyyəti Fransanın Paris şəhərində tərəflər arasında keçirilmiş və müəyyən pozitiv məqamlarla yadda qalmış görüşün mahiyyətinə zidd addımlar atmağa başlayıb. Daha da dəqiqləşdirsək, Ermənistan Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, Avropadan qayıdan kimi çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən qoşunların təmas xəttində hərbi təlimlərə başlayıb. Bunun ardınca isə təmas xəttində baş verən son hadisələr göstərdi ki, Ermənistan danışıqlar prosesini pozmağa yönəlmiş təxribat xarakterli addımlarla beynəlxalq hüquq normalarını heçə sayıb. Çünki Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb.
Bir sözlə, görünən odur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Bəhs olunan müsahibəsində bu məsələyə toxunan dövlətimizin başçısı bu barədə qeyd edib: “Bizdə belə təsəvvür yaranıb və özü də bu təsəvvür cəmiyyətdə artıq kifayət qədər qərarlaşıb ki, Ermənistan sülh istəmir, bu məsələnin tənzimlənməsini istəmir, hər şeyi olduğu kimi saxlamaq istəyir. Başqa sözlə, status-kvonu saxlamaq istəyir. Hərçənd ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin - Rusiyanın, ABŞ-ın və Fransanın prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, o, dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Bu, münaqişənin tənzimlənməsi üçün başlıca şərtdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı bütün başqa münaqişələrdən onunla fərqlənir ki, onun həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Özü də bir yox, dörd qətnamə. Həmin sənədlərdə erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Artıq 20 ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

