Ankarada Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
24.02.2015 [11:22]
Ankarada İNDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasim keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın və digər rəsmi şəxslərin qatıldığı mərasimdə Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan tələbələr, ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar iştirak ediblər.
Əvvəlcə iştirakçılar tədbirin keçirildiyi “Congressium” Beynəlxalq Mərasimlər Mərkəzində Xocalı soyqırımını əks etdirən və Azərbaycanın dilbər guşəsi olan Qarabağa dair nadir fotolardan ibarət sərgilərə baxıblar. Xocalı soyqırımına dair sərginin keçirildiyi salonda Azərbaycana qarşı zaman-zaman törədilən işğalçılıq siyasətinin acı nəticələri ilə bağlı sənədli film nümayiş olunub.
Mərasimin rəsmi hissəsində İNDEX-in sədri Rəşad Abdullayev çıxış edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək, Xocalı soyqırımının ermənilərin uzun illərdən bəri Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlərin ən dəhşətlisi olduğunu deyib. Əli Həsənov bildirib ki, işğalçı Ermənistanın keçmiş və hazırkı rəhbərləri müasir dünyanın gözü qarşısında həyata keçirilən bu hərbi cinayətdə iştiraklarını etiraf etməklə, hətta bundan qürur duyduqlarını bildirməklə, əslində sülhsevər dünya ictimaiyyətinə qarşı meydan oxuyurlar. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına, mənəvi-psixoloji sabitliyinə, intellektual enerjisinə qarşı yönəldilmiş məqsədyönlü təcavüzdür.
Əli Həsənov diqqətə çatdırıb ki, hər il dünyanın ayrı-ayrı ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı minlərlə anım mərasimləri keçirilir, kitablar yazılır, filmlər çəkilir. Bundan məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını, o cümlədən saxta “erməni soyqırımı” iddiasını ifşa etməkdir.
Türkiyə xalqının hər zaman Azərbaycan ilə həmrəy olduğunu bildirən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın qeyd edib ki, ölkəsi həm Türkiyə və Ermənistan, həm də Azərbaycan ilə Ermənistan arasında, o cümlədən bütün Qafqazda sülhün və əmin-amanlığın olmasını istəyir. Lakin bunun üçün ilk növbədə Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialara son qoyulmalıdır.
Xocalı soyqırımının ilk növbədə insanlığa qarşı törədilmiş hərbi cinayət olduğunu diqqətə çatdıran Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar bildirib ki, dünya ictimaiyyətinin bu məsələyə biganə qalmağa mənəvi haqqı yoxdur.
Mərasim iştirakçıları Qarabağ bölgəsindən olan həmyerlimiz Rəşad Zeynallının çıxışını ürək sızıltısı ilə dinləyiblər.
Çıxış edənlər şəhidlərimizin ruhuna rəhmət diləyərək, əminliklə bildiriblər ki, dünya ictimaiyyəti tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması davam edəcək, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair qərar və qətnamələri yerinə yetiriləcək.
Mərasimdən sonra Əli Həsənov media təmsilçilərinə geniş müsahibə verib.
Xəbər lenti
Hamısına baxİdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05

