Ermənistan ilk növbədə özünün törətdiyi terror aktlarını etiraf etməlidir
04.03.2015 [10:00]
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BMT-nin İnsan Hüquqları Şurasının iclasında çıxışına münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, BMT tribunasından çıxış edərək beynəlxalq birliyi terrorizm və digər təhdidlərlə mübarizəyə səsləyən Ermənistan xarici işlər naziri, ilk növbədə, bu sahədə öz ölkəsinin “təcrübəsi və nümunəsi”ni göstərməlidir.
Ermənistan xarici işlər nazirinin ölkəsinin siyasi və hərbi rəhbərliyinin iştirakı ilə törədilmiş Xocalı soyqırımını və buna görə Ermənistanın daşıdığı məsuliyyəti etiraf etməsi üçün BMT İnsan Hüquqları Şurası ən münasib məkanlardan biridir. Xocalıda Ermənistan tərəfindən BMT İnsan Hüquqları Şurasında baxılmalı olan müharibə cinayətləri, insanlıq əleyhinə cinayət və soyqırımı əməlləri törədilib.
Yaxın Şərqdə terror təhlükəsindən danışan Ermənistan xarici işlər naziri digər terrorçu qruplarla bərabər elə bu regionda təşəkkül tapan və genişmiqyaslı terror əməlləri həyata keçirən, Ermənistan müstəqillik qazandıqdan sonra isə Ermənistan xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA və digər erməni terror təşkilatlarının da rolunu vurğulamalı idi. Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanda 30-dan artıq terror aktı törədilib. Monte Melkonyan başda olmaqla erməni terrorçuları Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılıb və onların “qəhrəmanlığı” orta məktəb dərsliyinə də daxil edilib.
İclasda çıxış edərək “etnik təmizləmənin ardınca həyata keçirilən mədəniyyət abidələrinin dağıdılması insan yaddaşının silinməsi və min illərlə yaşı olan sivilizasiyanın məhv edilməsi cəhdləridir” deyən Ermənistan xarici işlər naziri yəqin ki, işğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşilikləri nəzərdə tutur. Çünki Ermənistan xarici işlər nazirinin dedikləri ilə bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında və Ermənistan ərazisində Azərbaycan xalqına aid olan maddi-mədəniyyət abidələrinə və dini irsə qarşı həyata keçirilmiş soyqırımı tamamilə üst-üstə düşür.
Beynəlxalq humanitar hüququn məskəni olan Cenevrədə BMT İnsan Hüquqları Şurasında çıxış edən Ermənistan xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq, münaqişə nəticəsində əsir və itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinə ölkəsinin maneə yaratmasına da aydınlıq gətirməli idi.
Ermənistanın da həmmüəllifi olduğu BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı 2014-cü il 18 dekabr tarixli qətnaməsi münaqişə tərəfləri olan dövlətləri itkin düşmüş şəxslər barədə məlumatı bölüşməyə, qurbanlara yardım etməyə, onların yerinin və ya qalıqlarının müəyyən edilməsində kömək göstərməyə çağırır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlı itkin düşmüş hesab olunur və onların taleyinə görə Ermənistan məsuliyyət daşıyır. Cenevrə konvensiyaları əsasında da bu barədə məlumatın verilməsini təmin etmək üçün Ermənistanın beynəlxalq hüquqi öhdəliyi var.
Müasir məhkəmə-tibb elmləri və xüsusilə, DNT analizinin tətbiqi kütləvi şəkildə öldürülən və Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırılan şəxslərin kimliyinin müəyyən edilməsinə və nəticə etibarilə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə xidmət etmiş olardı.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47

