Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci Avropa Oyunlarına qarşı “qara piar” kampaniyasının arxasında Avropadakı islamofob dairələr dayanır

Birinci Avropa Oyunlarına qarşı “qara piar” kampaniyasının arxasında Avropadakı islamofob dairələr dayanır

14.03.2015 [10:40]

Bu kampaniya çərçivəsində transmilli media strukturlarının və beynəlxalq təzyiq qruplarının xidmətlərindən xüsusi olaraq istifadə edilir
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır.
Sadalananlarla yanaşı, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, səmərəli beynəlxalq əlaqələrə malik olan, qlobal miqyasda etibarlı strateji tərəfdaş kimi tanınan ölkəmizdə ictimai-siyasi institutlar, o cümlədən, media qurumları qanunlar çərçivəsində sərbəst və azad fəaliyyət mexanizminə malikdirlər.
Sadalanan pozitiv məqamlara və nailiyyətlərə baxmayaraq, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr “demokratiya”, “insan hüquqları” kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Əslində, bu cür təzyiq mexanizmləri və “qara piar” kampaniyasının arxasında məhdud geosiyasi maraqlara malik olan subyektlər dururlar. Bu dairələr vaxtaşırı olaraq bəyanatlarda, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Şübhəsiz, bu kontekstdə Azərbaycan da istisna təşkil etmir.
Bu istiqamətdə son olaraq ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli çağırışlar diqqət çəkir. Bu çağırışların yayımlandığı media qurumlarına, eləcə də, bəyanatların məzmununa nəzər saldıqda görünür ki, kampaniyanın arxasında Avropadakı islamofob dairələr durur. Həmin dairələr ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, missioner təsisat və ya təzyiq qrupu kimi çıxış edən təşkilatların xidmətlərindən istifadə edir. Bu kontekstdə “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təşkilatların qərəzli, subyektiv mülahizələrə əsaslanan bəyanatları, hesabat və çağırışları xüsusi rol oynayır. Avropanın islamofob dairələrinin kampaniyasında siyasi alət kimi çıxış edən bu cür təşkilatlar, əslində, ənənəvi fəaliyyətlərini davam etdirirlər. Çünki bəhs olunan qurumların məhz bu zamana qədərki bəyanatlarında əks olunan subyektiv mülahizələr və ədalətsiz çalarlar demokratik prinsiplərin kobudcasına heçə sayılması və ikili standartlar əsasında çıxış etmək deməkdir.
Digər tərəfdən, Avropadakı islamofob dairələrin birinci Avropa Oyunlarını hədəf seçmiş “qara piar” kampaniyasında transmilli media strukturlarının xidmətlərindən də xüsusi olaraq istifadə edilir. Həmin media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən - ittiham xarakterli fikirləri dövriyyəyə buraxmaqla “qara piar” kampaniyasına “töhfə”lər verir, bu məsələlərlə bağlı dünya ictimaiyyətini manipulyasiyaya məruz qoyurlar. Qeyri-obyektiv mülahizələrə tribuna verən yerli və transmilli media qurumları isə təzyiq qruplarının ruporu qismində çıxış edirlər.
Bütövlükdə isə, Azərbaycan ictimaiyyəti subyektiv, ədalətsiz çağırışlara, islamofob dairələrin qərəzli kampaniyasına kəskin etiraz edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31