/ / Tahir Rzayev: “Freedom House” kimi təşkilatlar söz azadlığından təzyiq məqsədilə istifadə edirlər
Tahir Rzayev: “Freedom House” kimi təşkilatlar söz azadlığından təzyiq məqsədilə istifadə edirlər
14.03.2015 [10:41]
“Freedom House” və bu qəbildən olan bir neçə beynəlxalq təşkilatın Azərbaycanda və Türkiyədə azad media və vətəndaş cəmiyyəti ilə bağlı keçirmək istədikləri tədbir bu ölkələrə təzyiq vasitəsindən başqa bir şey deyil”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev qeyd edib ki, bu təşkilatlar birinci dəfə deyil ki, guya Azərbaycanda və Türkiyədə söz və mətbuat azadlığının, insan hüquqlarının pozulduğunu iddia edirlər: “Bunların iddialarının hamısı cəfəngiyyatdır. Biz Türkiyənin də, Azərbaycanın da mətbuat həyatı ilə yaxından tanışıq. Əgər bir ölkədə yüzlərlə qəzet çap olunursa, yüzlərlə xəbər saytı fəaliyyət göstərirsə, yüzlərlə ictimai-siyasi təşkilat və QHT varsa, orada hansı söz və mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilər?”.
Millət vəkili bildirib ki, dünyanın əksər ölkələrində Azərbaycandakı və Türkiyədəki qədər qəzet çap olunmur, bu qədər xəbər saytları, informasiya vasitələri yoxdur: “Əgər bu gün hər hansı bir informasiya vasitəsində çalışan jurnalist öz sözünü açıq deməyi bacarırsa, iqtidarı tənqid edə bilirsə, ölkədə və dünyada gedən ictimai-siyasi proseslərə öz fikrini bildirirsə, orada söz və mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilərmi? Əlbəttə, gedə bilməz. Çox adamlar var ki, mətbuat azadlığını əllərində bir sipər ediblər, insanları təhqir edirlər, dövlətlərin əleyhinə qarayaxma kampaniyası aparırlar”.
T.Rzayev deyib ki, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsindədir, bu il parlament seçkilərinin keçirilməsi ilidir: “Bunlar istəyirlər ki, bu ərəfədə bu tədbiri keçirməklə yenidən şantaja əl atsınlar”.
Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, müsəlman ölkələrinin inkişafı bu təşkilatların havadarlarının maraqlarına xidmət etmir: “Türkiyə bu gün dünyada iqtisadi və siyasi cəhətdən inkişaf edən, beynəlxalq aləmdə tanınan və gündən-günə nüfuzu artan bir dövlətdir. Artıq Türkiyə beynəlxalq proseslərə yaxından qoşulan, dünyada baş verən hadisələrə münasibət bildirən və bu mövqeyində möhkəm dayanan bir dövlətdir. Eləcə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri oldu, bu Şuraya sədrlik etdi, bir çox mötəbər beynəlxalq tədbirlər Azərbaycanda keçirilir, Azərbaycan artıq dünyanın bir çox qabaqcıl ölkələri sırasındadır. Türkiyənin və Azərbaycanın inkişaf etməsi bu qüvvələrin marağında deyil. Ona görə də bu cür tədbirlər keçirməklə hər iki ölkənin nüfuzuna xələr gətirməyə çalışırlar”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32

