Naxçıvanda Daxili Qoşunların hərbi hissəsinin yaradılmasının 20 illiyi qeyd olunub
11.04.2015 [12:00]
Aprelin 10-da Naxçıvanda Daxili Qoşunların hərbi hissəsinin yaradılmasının 20 illiyi münasibətilə təntənəli mərasim keçirilib, zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik İlkin Əsədov mərasimdə çıxış edərək deyib ki, muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daxili işlər orqanlarını da əhatə edib. Bu qayğıdan bəhrələnən Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası ötən 20 ildə əsl təşkilatlanma yolu keçib. İstər əsgərlərin, istərsə də zabit-gizir ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi sahəsində görülən işlər ardıcıl xarakter alıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə çıxış edərək deyib: “Azərbaycan xalqının milli sərvətinə çevrilən müstəqillik və onun qarantı olan ordu quruculuğu Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi xidmətidir. Ordunun hər bir dövlətin müstəqilliyi üçün vacib şərtlərdən olduğunu daim diqqət mərkəzində saxlayan Ulu öndərimiz deyirdi ki, “hər bir müstəqil dövlət müstəqil olmaq üçün bir neçə amillərə malik olmalıdır - onun müstəqil yaşaması üçün ərazisi, iqtisadiyyatı, təbii sərvətləri olmalıdır, müstəqil dövləti qoruyan ordusu olmalıdır, daxili vəziyyəti qoruyan qüvvələri olmalıdır. Bunlar olmasa, müstəqil dövlət ola bilməz”. Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra dövlət müstəqilliyimiz sarsılmaz xarakter aldı. Artıq bu dövrdən ölkəmizdə sabitliyin qorunmasının mühüm təminatçısı kimi Daxili İşlər Nazirliyinin, o cümlədən, onun Daxili Qoşunlarının funksiya və vəzifələri dövlətin təhlükəsizlik prinsiplərinə əsasən formalaşdırıldı. 1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas vəzifələrini və fəaliyyət prinsiplərini müəyyənləşdirdi”.
Ali Məclisin sədri deyib ki, ordu quruculuğuna münasibətdə Ümummilli liderimizin irəli sürdüyü “planlı iş, peşəkar münasibət” siyasəti bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı ilə Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlər Daxili Qoşunların Naxçıvandakı hərbi hissəsinin fəaliyyətinin gücləndirilməsində də öz əksini tapmışdır. 20 il bundan əvvəl - 1995-ci il aprelin 10-da Naxçıvanda yaradılan Daxili Qoşunların taboru böyük təşkilatlanma yolu keçmiş, inkişaf edərək alaya, 2014-cü ildə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir.
Qeyd olunub ki, son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərində daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Daxili Qoşunlar Azərbaycanda sürətlə inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq var, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir. Azərbaycanda ictimai-siyasi vəziyyətin qorunması və möhkəmləndirilməsi bizim hamımız üçün başlıca şərt olmalıdır. Yalnız bu şəraitdə ölkə uğurla inkişaf edə bilər”, - fikrini xatırladan Ali Məclisin sədri Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının möhkəmlənməsində və inkişafında xidməti və əməyi olan şəxslərə təşəkkürünü bildirib, xidməti vəzifələrin yerinə yetirilməsində onlara uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında” 2015-ci il 11 mart tarixli Sərəncamı ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının zabiti, mayor Rəşadət Mamedov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Ali Məclisin sədri “Hərbi xidmətlərə görə” medalının vəsiqəsini və döş nişanını təqdim edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, zabit-gizir ailələrinə yeni xidməti mənzillərin order və açarlarını təqdim ediblər.
Şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib, xüsusi təyinatlı dəstənin nümunəvi çıxışları olub.
Sonra Ali Məclisin sədri və tədbir iştirakçıları Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xüsusi dəstələrinin təchizatı və xidməti döyüş fəaliyyətinin təşkili ilə maraqlanıb, avtomobil və döyüş texnikalarına baxış olub.
Ali Məclisin sədri briqadanın yeməkxanasında olub, əsgərlərin qidalanması ilə maraqlanıb.
Sonra zabit-gizir ailələri üçün inşa olunan yeni xidməti-yaşayış binasının açılışı olub.
Ali Məclisin sədri zabit-gizir ailələrini yeni mənzillə təmin olunmaları münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.
Binanın həyətində də abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

