Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Vilnüsdə səfərdə olub
23.06.2015 [09:25]
BAMF-in sədri Umud Mirzəyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Vilnüsdə keçirdiyi “Avropada əmək münasibətləri və iş zəmanətlərinin nizamlanmasında Sosial dialoqun əhəmiyyəti” mövzusunda beynəlxalq konfransda iştirak edib. İyunun 18-19-da Vilnüsdə baş tutmuş konfransda “Effektiv fəal əmək bazarı siyasəti - ölkələr üçün Aİ-nin çağırışı”, “Avropa əmək bazarlarının təhlükəsizliyi və uyğunluğunun axtarılması” və s. kimi mövzular ətrafında müzakirələr aparılıb. Azərbaycandan beynəlxalq konfransa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri Aynur Camal, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası İcraçı Komitəsinin rəhbəri Sahib Məmmədov, eyni zamanda, BAMF-in sədri Umud Mirzəyev qatılıb. Səfər çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti ölkələrinin nümayəndələri ilə həm ayrı-ayrılıqda, həm də konfrans daxilində bir sıra səfər əhəmiyyətli görüşlər keçiriblər. Əsasən də Ukrayna, Belarus, Moldova və Gürcüstandan olan Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti nümayəndələri arasında baş tutmuş görüşlərdə Azərbaycanda həyata keçirilən sosial proqramlar, sosialyönümlü fəaliyyətlər, vətəndaş cəmiyyətinin durumu və həyata keçirilən fəaliyyətlər, Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyəti barəsində müzakirələr aparılıb və bu istiqamətdə verilmiş suallar cavablandırılıb.
Növbəti əhəmiyyətli görüş Umud Mirzəyev, Sahib Məmmədov və Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırılması istiqamətində illərlə çalışmış, əslən Litvalı olan BAMF-ın Litva təmsilçisi, fotojurnalist Riçard Lapaytisin iştirakı ilə Azərbaycan Respublikasının Litvadakı səfirliyində baş tutub. Səfir Həsən Məmmədzadə ilə keçirilən görüşdə diplomatik missiyanın həyata keçirdiyi və gördüyü işlər, Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarının media qurumları ilə əməkdaşlığından söz açılıb. Səfir H.Məmmədzadə görüş əsnasında Riçard Lapaytis və onun kimi jurnalistlərlə əməkdaşlıqlara önəm verdiklərini də vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

