Siyavuş Novruzov: Ermənistan axırı olmayan bir dövlətdir
25.06.2015 [09:51]
“Ermənistan axırı olmayan bir dövlətdir. Orada baş verən hadisələr də göstərir ki, əhali artıq bu rejimə dözə bilmir”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Ermənistanda baş verən etiraz aksiyalarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistan mənbələrinin özlərinin verdiyi məlumata görə hər gün yüzlərlə adamın ölkədən köçüb getməsi və Ermənistanın qeyri-müstəqil dövlət olması təbii oradakı vəziyyəti getdikcə ağırlaşdırır, həm də ölkəyə rəhbərlik edən hərbi xunta, həmçinin, korrupsiya və rüşvətxorluq orada yaşayan əhalini tamamilə bezdirib: “Heç bir istehsal müəssisəsi yoxdur. Sadəcə olaraq, ordan-burdan gələn yardımların hesabına birtəhər ölkənin saxlanılması ilə məşğuldurlar. Ölkədə aclıq, səfalət, insan hüquqlarının tapdalanması, sərbəst toplaşma azadlığının pozulması və digər məsələlər göz önündədir. Bundan öncə Ermənistanda prezident seçkiləri dövründə namizədlərin birinin güllələnməsi, digər namizədlərə qarşı təzyiqlər, onların toplantılarının keçirilməməsi və digər məsələlər də göz qarşısındadır. Öz etirazını bildirən, sərbəst toplaşma azadlığı haqqında qanunu həyata keçirmək istəyən vətəndaşlara, azad sözə, mətbuata qarşı təzyiqlər var və müxtəlif texnikalardan, o cümlədən, su şırnaqları, gözyaşardıcı qazlar və digər ləvazimatlardan istifadə edərək çalışırlar ki, insanların etirazlarını zor vasitəsilə yatırsınlar”.
S.Novruzov təəssüf edir ki, bütün bu hadisələr beynəlxalq təşkilatların diqqətindən yayınır: “Təəssüflər olsun ki, istər prezident seçkilərində, istər sonrakı dövrlərdə Ermənistanda baş verən hüquqazidd, insan hüquqlarının əleyhinə olan bütün məsələlər Avropanın diqqətindən nədənsə yayınır. Ancaq Azərbaycanda sərbəst toplaşma azadlığını həyata keçirmək üçün yerlərin ayrılmasına və bu tədbirlərin mühafizəsinin təmin olunmasına baxmayaraq, anti-Azərbaycan mövqeyində olan qüvvələr Azərbaycana qarşı guya insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar verir, müxtəlif şərhlər yazır, müxtəlif səpkili anti-Azərbaycan mövqeləri yaratmağa çalışırlar. Amma Ermənistanda bu qədər insan hüquqlarının pozulmasına baxmayaraq, nə ATƏT, nə Avropa Şurası, nə də Avropa Parlamenti bu günə qədər Ermənistanda insan hüquqları ilə bağlı məsələni gündəmə gətirib müzakirə aparmayıblar”.
S.Novruzov bildirib ki, budur həmin təşkilatların ikiüzlülüyü, ikili standartlı mövqeyi: “Bizim üçün bunlar artıq bəllidir. Əgər Azərbaycanda belə hadisə baş versəydi, indi “CNN”, “BBC”, “Euronews” gündə üç dəfə göstərərdi. Azərbaycanda ilk Avropa Oyunlarının açılışı keçirildi, 50-dən artıq Avropa dövləti burada iştirak etdi, bütün dünyanın nəzəri buradadır, lakin buna baxmayaraq həmin kanallar Azərbaycanın bu uğurlarını çox qısqanclıqla və orada nöqsan axtara-axtara qısa şəkildə verməyə çalışırlar”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

