“Birinci Avropa Oyunları Azərbaycan üçün çox önəmli məsələ idi”
01.07.2015 [10:22]
Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimi dünyanın diqqət mərkəzində oldu. Xarici ölkə KİV-ləri möhtəşəm mərasimi işıqlandırmaqla Azərbaycanın uğurunu dünyaya çatdırdılar. Bir çox xarici ölkələrin təzyiqləri, iftira xarakterli silsilə xəbərləri, qərəzli yazıları Azərbaycanın tarixi uğuruna kölgə sala bilmədi. Azərbaycan dövləti bütün bunların öhdəsindən gələrək öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Oyunlar ərəfəsində və ərzində Azərbaycana xeyli sayda turist, rəsmi qonaq və idmançı gəldi. Azərbaycana gələn xarici qonaqlar ölkəmizə hansı təəssüratlarla gəlib, hansı təəssüratlarla getdilər?
Həmin sualı cavablandıran Milli Məclisin deputatı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib ki, Oyunlar zamanı ölkəmizə gələnlərin hər biri Azərbaycan haqda çox yüksək təəssüratlarla qayıtdılar. “Çünki onlar Azərbaycanda olan inkişafın, ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın, quruculuq və abadlıq işlərinin, ölkəmizin mədəniyyətinin, incəsənətinin, mətbəxinin və digər məsələlərin şahidi oldular. Təbii ki, onların həm “Facebook”, həm də “Twitter” səhifələrində ölkəmizdə çəkdirdikləri müxtəlif şəkilləri paylaşmaları, özlərinin dostları ilə yazışmalarında da ölkəmiz haqda yazdıqları fikirlər Azərbaycanın geniş şəkildə təbliğidir”.
Millət vəkili bildirib ki, bəzi ölkələrin səfirlikləri öz səhifələrində Azərbaycanı təhlükəli bir ölkə kimi təqdim ediblər: “Təbii ki, burada onların öz maraqları var. Çünki bu cür ölkələrdə işləyəndə onlar ikiqat və üçqat maaş alırlar. Ona görə də onlar çalışırlar ki, şəxsi maraqları hesabına öz səhifələrində və ya turizmlə bağlı olan səhifələrində Azərbaycan haqda düzgün olmayan başqa məlumatlar versinlər. Amma Azərbaycana gələn turistlər və idmançılar bunun həqiqətə uyğun olmadığını gördülər. Demək olar ki, bütün dünyadan Azərbaycana turistlər, o cümlədən, dünyanın məhşur televiziyaları da bu Oyunları yayımlamağa gəlmişdilər. Həmin televiziyalar vasitəsilə ölkəmizin müxtəlif guşələri, rayonları, Bakı şəhəri, Azərbaycanın mədəniyyəti, incəsənəti qədimliyi, tarixi, müasirliyi nümayiş olundu. Bu baxımdan birinci Avropa Oyunları Azərbaycan üçün çox önəmli bir məsələ idi. Çox güclü bir təbliğat işi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı”.
YAP İcra katibinin müavini Azərbaycanın ilk olaraq birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini xatırladaraq “Bu artıq Azərbaycanın qoyduğu standartlar deməkdir. Bundan sonra Oyunları keçirəcək ölkə sırf Azərbaycanın standartlarına yaxınlaşmağa çalışacaq” deyib.
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55

