/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisində birinci Avropa Oyunlarının bürünc mükafatçısı ilə görüş keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində birinci Avropa Oyunlarının bürünc mükafatçısı ilə görüş keçirilib
10.07.2015 [10:02]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində birinci Avropa Oyunlarının bürünc mükafatçısı ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov məlumat verərək deyib ki, muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 38 min 586 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur. Muxtar respublika idmançıları 2015-ci ilin ötən dövrü ərzində Azərbaycan üzrə birinciliklərdə 30, dünya birinciliyində 8, beynəlxalq turnirlərdə 12 medal qazanıblar. İdman sahəsində əldə edilən ən böyük uğur isə 12-28 iyun tarixlərində Bakı şəhərində keçirilmiş birinci Avropa Oyunlarında muxtar respublika boks məktəbinin yetirməsi, Avropa çempionu Tayfur Əliyevin bürünc mükafata layiq görülməsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkəmizdə digər sahələrlə yanaşı, idmanın inkişafına da qayğı göstərildiyini bildirərək deyib: “Azərbaycanda idman hərəkatının əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi ilə bütün sahələrlə yanaşı, idman da inkişaf etdirildi. Ölkəmizin şəhər və rayonlarında idman məktəbləri yaradıldı, stadionlar tikildi, şahmat məktəbləri istifadəyə verildi”.
Ali Məclisin sədri deyib: “Bu gün Azərbaycan müstəqil dövlətdir. İdmanın kütləviliyinin təmin olunması və gənclərin sağlam böyüməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, idman infrastrukturu ilbəil müasirləşdirilir. Artıq muxtar respublikada gənc idmançılar nəsli yetişir. Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar da idmançıların təcrübə qazanması və peşəkar idmançı kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən yaradılan şərait gənclərin asudə vaxtının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə səbəb olmuşdur. Bu gün gənc idmançılara qayğı göstərilir, onların adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınır. Gənc boksçu Tayfur Əliyevin də adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınmışdır”.
Ali Məclisin sədri birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsini ölkəmizdəki mövcud sabitliyin və Ümummilli liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirib. Qeyd olunub ki, şəffaf və ədalətli mübarizə şəraitində keçən yarışlarda ölkəmiz Avropa Oyunlarının Azərbaycan standartını yaratdı. Azərbaycanın birinci Avropa Oyunlarında 56 medal qazanaraq ikinci yeri tutması tarixi nailiyyətdir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Ölkə Prezidentinin birinci Avropa Oyunlarında qazanılan nailiyyətlərə görə idmançıları və onların məşqçilərini dövlət mükafatları ilə təltif etməsi də bu sahəyə göstərilən diqqətin daha bir ifadəsidir. Birinci Avropa Oyunlarında Naxçıvan Muxtar Respublikasından olan idmançı da iştirak edirdi. Naxçıvan boks məktəbinin yetirməsi, gənc boksçu Tayfur Əliyev “Bakı-2015” birinci Avropa Oyunlarının bürünc mükafatına layiq görülməklə ona göstərilən etimadı doğruldub.
Ali Məclisin sədri birinci Avropa Oyunlarında bürünc medal qazanaraq ölkəmizin idman şərəfini layiqincə qoruduğuna görə gənc boksçu Tayfur Əliyevə təşəkkür edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.
Sonra Ali Məclisin sədri birinci Avropa Oyunlarındakı nailiyyətlərinə görə Tayfur Əliyevə “Naxçıvan Muxtar Respublikasının 85 illiyi” yubiley qızıl medalını, onun məşqçisi Məmmədəli Eyvazova qızıl qol saatı və muxtar respublika da boks idmanının inkişafındakı fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını təqdim edib.
Birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev Naxçıvanda idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb, bu işlərin beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini qoruyan gənc idmançıların yetişməsinə səbəb olduğunu bildirib. Tayfur Əliyev idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə muxtar respublika idmançıları və gəncləri adından Ali Məclisin sədrinə minnətdarlıq edib, bundan sonra da yüksək nailiyyətlər qazanmaqla göstərilən etimadı doğruldacağına söz verib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

