Azərbaycanda dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradılıb
29.07.2015 [09:58]
İyulun 28-də Yardımlı rayon mədəniyyət evində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yardımlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Cəlilabad, Masallı və Yardımlı rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin açılışında çıxış edən Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayıb, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Konfransda mövzu ilə bağlı DQİDK sədri Mübariz Qurbanlının məruzəsi dinlənilib.
M.Qurbanlı çıxışında Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlərindən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.
Sovet dönəmində ateizmin hökm sürdüyü bir dövrdə Yardımlıda milli mənəvi dəyərlərin qorunduğunu vurğulayan M.Qurbanlı bu ənənənin bu gün də “seyidlər məkanı”nda davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlət olmaqla, həm də multikulturalizm və tolerantlıq ölkəsidir.
Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan DQİDK-nə 2,5 milyon manat vəsaitin ayrıldığını vurğulayan M.Qurbanlı ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.
İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışan M.Qurbanlı, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb.
Konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mirqiyas Təhməzov mövzu ilə bağlı çıxış ediblər.
Konfransın ilk iş günü başa çatdıqdan sonra komitə sədri M.Qurbanlı Yardımlı şəhərindəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.
Regional konfrans işini bu gün plenar iclaslarda davam etdirəcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

