Azərbaycan beynəlxalq müstəvidə idman ölkəsi kimi tanınır
01.08.2015 [10:51]
Prezident İlham Əliyev: İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan strateji kurs dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Bundan başqa, dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Ümumiyyətlə, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin, digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Bir sözlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.
Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib
Ölkəmizdə paralel inkişaf siyasətinin səmərəli nəticələrindən biri də idman sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, gənc nəslin sağlam böyüməsi üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılıb.
Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Və son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına uğurla ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır.
Qeyd etdiyimiz kimi, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Daha dəqiq desək, Prezident İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, məhz dövlət başçısının səyi ilə ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmanın Azərbaycanda cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu bəyan edən Prezident İlham Əliyev vurğulayıb: “İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır”.
Azərbaycanda idman və çoxminli idmançılar ordusu 1997-ci ildə MOK-un prezidenti seçilən İlham Əliyevin simasında öz böyük hamisini tapdı
Kimsəyə sirr deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini elan edən Azərbaycanda ən bərbad vəziyyətdə olan sahələrdən biri də idman təsərrüfatı idi. Maddi-texniki təchizatın aşağı səviyyədə olması, maliyyə çatışmazlığı, kadr hazırlığının başlı-başına buraxılması gənc nəslin, hətta idmançıların belə bu sahədən üz çevirməsi ilə nəticələnmişdi.
Ölkənin idman təsərrüfatındakı vəziyyət yalnız 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra öz normal axarına düşdü. Xatırladaq ki, Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni İdarə Heyətini müəyyənləşdirdi, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
Beləliklə, Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də, bu sahədə müasir infrastruktur qurulmasına start verildi. Həmin vaxt ölkənin idman təsərrüfatının yenilənməsi ilə bağlı iki istiqamət müəyyənləşdirilmişdi. Bunlardan biri mövcud idman qurğularının müasir dünya standartları səviyyəsində yenidən qurulması, digəri isə yeni idman obyektlərinin inşa edilməsi idi. Və yuxarıda qeyd edildiyi kimi, bu istiqamətdə görülən ardıcıl və səmərəli tədbirlər Azərbaycan idmanının inkişafını şərtləndirən əsas amillərdən biri oldu.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə idmanın kütləvilik qazanmasında idmanda düzgün idarəçilik sisteminin qurulması da mühüm rol oynayır. Azərbaycanın bu sahədəki təcrübəsinin bütün dünyada öyrənildiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanda bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klubları vahid komanda şəklində fəaliyyət göstərir. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, ölkə idmanını inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək. Bu idarəçilik sistemi bax bu nəticələrə gətirib çıxarmışdır”.
Azərbaycanda idmanın dinamik inkişafı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində...
Respublikamızda davamlı dövlət qayğısı sayəsində idmanın kütləvi hal alması, paytaxt Bakıda və bölgələrdə güclü idman infrastrukturu qurulması beynəlxalq idman ictimaiyyətinin də diqqətindən kənarda qalmır. Müxtəlif beynəlxalq idman təşkilatlarının rəhbərləri Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının, eləcə də, Milli Olimpiya Komitəsinin fəaliyyətinin bütün dünyaya nümunə olduğunu bildiriblər. Beynəlxalq idman ictimaiyyətinin Azərbaycandakı idman mühitini yüksək qiymətləndirməsi, əsas etibarilə, müxtəlif mötəbər yarışların respublikamızda keçirilməsi ilə bağlı çıxardıqları qərarlarda ifadə olunur. Təsadüfi deyil ki, son illərdə ölkəmiz bir neçə beynəlxalq turnirə uğurla ev sahibliyi edib.
Bu kontekstdə onu da qeyd edək ki, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Məhz “Bakı-2015” ilk Avropa Oyunlarının nəticələri bu qəbildən olan nümunələr sırasındadır. Yeri gəlmişkən, Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda da böyük maraq müşahidə edildi. Məlumdur ki, ilk Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğul olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurla rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışıb. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən, Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də, Avstraliyada yayımlandı. Artıq dünya ictimaiyyəti ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı yekun qənaət ifadə edir, bunu Azərbaycanın möhtəşəm nailiyyəti kimi səciyyələndirir. Əsas etibarilə diqqətə çatdırılır ki, yarışların hər məqamı Azərbaycanın ilk Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlaşdığını göstərir. Məlumdur ki, belə genişmiqyaslı yarışların təşkili üçün ev sahibi ölkələrinə təxminən 7 il vaxt verilir. Azərbaycana gəldikdə, ölkəmiz bu sahədə də rekorda imza ataraq Oyunlara hazırlığı cəmi iki il yarıma ən yüksək səviyyədə tamamlayıb. Şübhəsiz ki, burada dövlətin, Prezident İlham Əliyevin idmana qayğısı ilə yanaşı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə çıxışı zamanı qeyd edib ki, birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir: “Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq, heç vaxt qitə Oyunları keçirilməmişdir”.
Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, idmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır: “Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

