/ / Baş nazirin müavini Əli Həsənov: Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək
Baş nazirin müavini Əli Həsənov: Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək
25.08.2015 [10:16]
Avqustun 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əli Həsənov Böyük Britaniya Krallığından Azərbaycana mütəmadi olaraq nümayəndə heyətlərinin səfər etdiklərini bildirib. Biz bunu yüksək qiymətləndiririk. Bu görüşlərin hamısında Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparırıq. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ancaq Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla üzləşir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qətnamə və qərarlarını Ermənistan hələ də yerinə yetirmir. Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. Lakin o da indiyədək heç bir səmərəli iş görməyib.
Əli Həsənov bildirib ki, biz ədalətin bərpa olunmasını istəyirik. Biz regionda sülhün bərqərar olmasını, təcavüzkarın öz adı ilə çağırılmasını istəyirik. Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək.
Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür. Azərbaycan öz müstəqil siyasətindən əl çəkməyəcək. Biz bu müstəqilliyi tökülən qanlar bahasına əldə etmişik.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin becərilməsi və daşınması üçün istifadə etdiyini deyən Əli Həsənov ölkəmizin bununla bağlı müvafiq beynəlxalq qurumlara, xüsusən BMT-nin Vyana ofisinə müraciət etdiyini bildirib. Lakin Ermənistan digər beynəlxalq qurumlar kimi, BMT-nin Vyana ofisinin bununla bağlı qərarına da məhəl qoymayaraq, bu çirkin əməllərini davam etdirir.
Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti bir neçə mühüm strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham görüşdə deyib ki, bu, Azərbaycana ilk səfəridir və Bakıda gedən inkişaf prosesi onda xoş təəssüratlar yaradıb. O deyib: “Eyni zamanda, Azərbaycanın son illərdə artan beynəlxalq nüfuzu da diqqətimdədir. Son illər ərzində Azərbaycan nümayəndə heyəti ilə sıx təmasda olmuşam. Böyük Britaniya Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycan ilə mövcud olan əlaqələrin daha da dərinləşdirilməsində maraqlıyıq. Xüsusilə ticarət, iqtisadi, enerji sektorunda bizim çox gözəl münasibətlərimiz var. Tərəflər bu münasibətlərdən ötən illər ərzində faydalanıblar”.
Maykl Tatham bildirib ki, Azərbaycan həssas regionda yerləşir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu dərk edirik. Bu məsələ bizi də narahat edir. Bizim mövqeyimiz aydındır: işğala son qoyulmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə çox böyük dəstək veririk. Bununla belə bizi də məyus edən odur ki, qrupun fəaliyyətində hələ ciddi irəliləyiş yoxdur.
Görüşün sonunda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
Xəbər lenti
Hamısına baxHərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03

