Gültəkin Hacıbəylidən Əli Kərimliyə “ayı xidməti”
03.09.2015 [10:08]
Yaxud satılmaqda ad çıxarmış Əli Kərimlini təmizə çıxarmaq cəhdləri əbəsdir
AXCP-də baş verən parçalanma, partiya sədri Əli Kərimlinin apardığı avtoritar idarəçiliyə etiraz edən üzvlərin, eləcə də, partiyadan qovulan insanların Razi Nurullayevin yaratdığı AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə üz tutması Ə.Kərimlinin “dəstə”si tərəfindən qəzəblə qarşılanır. Ə.Kərimlinin ətrafında qalan azlıq çabalamanın faydasızlığını dərk edir və R.Nurullayevin başçılıq etdiyi partiyanın təşkilatlanaraq gücləndiyini görür. Bu səbəbdəndir ki, narazılar Ə.Kərimli və tərəfdarları tərəfindən xəyanətkar, satqın adlandırılırlar.
Yeri gəlmişkən, G.Hacıbəyli də sosial şəbəkələrdə Ə.Kərimliyə etiraz edən şəxsləri “satqın” adlandırıb. Bu isə ictimaiyyət nümayəndələri tərəfindən etirazla qarşılanıb. Məsələyə münasibət bildirən siyasətçilər Ə.Kərimlinin satqınlığı özünə peşə seçdiyini bildirirlər.
Vaxtilə Ə.Kərimli ilə eyni partiyada təmsil olunan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa “SİA”ya açıqlamasında bildirib ki, Əli Kərimlinin “satılmaması” barədə danışanlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salmalıdırlar: “Onda yadlarına düşər ki, Əli Kərimli hakimiyyətlə hansı danışıqlara gedib. Ümumiyyətlə, Əli Kərimlinin Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınlığın dayandığını, eləcə də, Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər. Ona görə də kimlərinsə tərəfindən tarixin bu dərəcədə təhrif olunması heç də ciddi qəbul edilmir. Azərbaycan Xalq Cəbhəsində satqınlığın əsasını Əli Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də Xalq Cəbhəsi dağılmağa məhkum oldu”.
Fazil Mustafa AXCP sədri barədə bu cür iddia ilə çıxış edən Gültəkin Hacıbəylinin “cəbhə” haqqında danışmağa mənəvi haqqının olmadığını da vurğulayıb və bildirib ki, əslində, Azərbaycanda satqın dedikdə, birinci olaraq, Əli Kərimli yada düşür: “Onu da qeyd edim ki, bu gün Əli Kərimlinin “satılmamasını” iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqları yoxdur. Çünki xəyanət, satqınlıq dedikdə, ilk olaraq, təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı canlanır”.
AXCP-dən istefa verərək partiyanın Etimad Qurultayı üzrə Təşkilat Komitəsini yaradan Razi Nurullayev G.Hacıbəylinin fikirləri ilə bağlı uzun danışmağa lüzum görməyib: “Buna ehtiyac görmürəm. Sadəcə, demək istəyirəm ki, özünə hörmət edən xanım öz fikrini, düşüncəsini bölüşməlidir. Daha başqalarının fikirləri ilə “fədakarlıq” etməməlidir”.
R.Nurullayev qeyd edib ki, Gültəkin Hacıbəyli vaxtilə hakimiyyətə yaltaqlanan bir adam olub: “İndi də Əli Kərimlinin yanında bu funksiyasını icra edir, “canfəşanlıq” göstərir. O, öz fikirlərini yox, başqalarının fikirlərini deyir. Bizim Əli Kərimli adlı problemimiz yoxdur. O, uğursuz fəaliyyət göstərdiyinə, partiyanı uçuruma apardığına görə istefa verməsini tələb edirik. Gültəkin Hacıbəylinin Əli Kərimliyə qarşı bu qədər sevgisi varsa, o zaman onu inandırsın ki, səhv yoldadır və AXCP-dən istefa verib getməlidir”.
Məsələyə münasibət bildirən Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev bildirib ki, Əli Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: “Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Artıq seçki dövrünün start götürməsinə baxmayaraq, bu adam hələ də çayxana söhbətləri edir. Bu səbəbdəndir ki, onun ətrafında Qəddafiyə oxşayan Gözəl Bayramovadan, Azərbaycan iqtidarına xəyanət edən Gültəkin Hacıbəylidən başqa heç kim qalmayıb”.
Elşən Musayev bildirib ki, bu insanlar ancaq bazar jarqonu ilə danışırlar: “Gültəkin Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Mən özümə borc bilərək ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün o heç beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki bu cür alqı-satqı obyekti olaraq bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar”.
Xəbər lenti
Hamısına baxGündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

