Azərbaycanın müstəqil siyasəti və davamlı inkişafı ermənipərəst dairələri hərəkətə gətirib
11.09.2015 [10:08]
Avropa Parlamentində “ALDE qrup”un təşəbbüsü ilə Azərbaycana qarşı qərəzli qətnamənin qəbulu bunun təsdiqidir
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir.
Digər tərəfdən, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Bütün bunlar, eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına fundamental strateji töhfələr verir.
Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Lakin Azərbaycanın dinamik inkişafından, müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi dairələr “demokratiya”, “insan hüquqları” kimi institusional məfhumlardan istifadə edərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə “qoca qitə”nin müxtəlif təşkilatlarının xidmətlərindən istifadə edilir. Bu cür təşkilatlar vaxtaşırı olaraq təqdim etdikləri hesabat və ya bəyanatlarda müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Şübhəsiz, bu kontekstdə Azərbaycan da istisna təşkil etmir...
Bu istiqamətdə son olaraq Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiyanın (ALDE qrup) Azərbaycana qarşı qətnamə qəbul etməsi xüsusi vurğulanmalıdır. Əlbəttə, Avropanın müvafiq qurumunun bu cür mövqe sərgiləməsi təəccüblü görünmür. Çünki Azərbaycanın artan gücünün, müstəqil siyasətinin fonunda Ermənistanın küncə sıxışması ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir və həmin dairələr bu cür cılız vasitələrlə ölkəmizə təsir etməyə çalışırlar. Dolayısıyla, bu cür addımlar müəyyən ermənipərəst, islamofob dairələrin maraqlarına xidmət edir.
Digər məqam budur ki, Azərbaycan əleyhinə ikili standartlara söykənən bu cür bəyanatlar verən qurumlar insan hüquqlarını əsas tutduqlarını iddia edirlərsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmırlar? Yaxud Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı zamanı baş verənlər nəyə görə tənqid obyektinə çevrilmir və müvafiq sanksiya çağırışları edilmir?
Digər tərəfdən, bu cür təzyiq kampaniyalarında müəyyən dairələrin direktivləri əsasında fəaliyyət göstərən transmilli media strukturlarının xidmətlərindən də xüsusi olaraq istifadə edilir. Həmin media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən - ittiham xarakterli fikirləri dövriyyəyə buraxmaqla “qara piar” kampaniyası aparır, bu məsələlərlə bağlı dünya ictimaiyyətini manipulyasiyaya məruz qoyur.
Nəticə etibarilə, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Bəzi anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

