Azərbaycanın Baş naziri Serbiya Baş nazirinin müavini ilə görüşüb
29.09.2015 [10:18]
Sentyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş Komissiyanın həmsədri, Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Serbiya arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində davam edən işgüzar münasibətlərin dərinləşdirilməsi üçün bütün zəruri imkanların mövcudluğunu xatırladan Baş nazir Artur Rasizadə bu baxımdan Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinin daha da fəallaşdırılmasının vacibliyini önə çəkib. O, təkcə neft-qaz sahəsində deyil, ümumən iqtisadiyyatın qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, turizm və s. istiqamətlərdə müştərək layihələrin səmərəli olacağını nəzərə çatdırıb.
Səmimi görüşə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən serbiyalı qonaq Bakıda apardığı danışıqlar və keçirdiyi görüşlər barədə ətraflı məlumat verib. Azərbaycanın regionda lider mövqeyini və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolunu vurğulayan Hökumətlərarası Komissiyanın həmsədri Rasim Ljajic ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini, serbiyalı iş adamlarının əlaqələrimizi daha da fəallaşdırmaq arzusunda olduğunu deyib. Qonaq, həmçinin azərbaycanlı iş adamlarını da öz ölkəsinə sərmayə qoymağa dəvət edib.
Azərbaycanla Serbiyanın yaxın perspektiv üçün iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirən tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20

