Azərbaycanda seçki üçün lazım olan mühit var
14.10.2015 [10:16]
Siyavuş Novruzov: Ölkəmizdə həm qanunvericilik bazası, həm ictimai-siyasi sabitlik, həm də söz, fikir və mətbuat, internet azadlığı mövcuddur
Noyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. Seçkidə iştirak edəcək partiyalardan yalnız Yeni Azərbaycan Partiyasının (YAP) bütün namizədləri qeydə alınıb.
Oktyabrın 9-dan başlayaraq isə qeydə alınmış namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start verilib. YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov seçki öncəsi vəziyyətlə bağlı “AzNews.az”ın suallarını cavablandırıb:
- Siyavuş müəllim, seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiz?
- Əla. Hər şey öz qaydasındadır. Çünki Azərbaycanda seçki üçün lazım olan mühit var. Ölkəmizdə həm qanunvericilik bazası, həm ictimai-siyasi sabitlik, həm də söz, fikir və mətbuat, internet azadlığı mövcuddur. İstənilən şəxs öz namizədliyini irəli sürüb seçilə bilər. Əgər seçicilər ona səs versələr. Dünya və Avropa praktikası ilə belə müqayisədə seçki ilə əlaqədar ən asan forma Azərbaycandadır. Yəni hər bir şəxs ərizə verib, 450 imza toplayıb təqdim edirsə, avtomatik olaraq qeydiyyatdan keçib namizəd olur. Ondan sonra təbliğat-təşviqat kampaniyasının aparılması üçün hər bir dairənin ərazisində pulsuz yerlər ayrılıbdır. Yəni heç pul ödəmək də lazım deyil. Dünyanın bir çox ölkəsində, o cümlədən demokratiyanın “beşiyi” hesab olunan Amerikada da əgər bir yeri götürüb tədbir keçirmək istəsən, mütləq pul ödəməlisən. Amma Azərbaycanda seçkidə bu məsələlərin də bütün yükünü dövlət öz üzərinə götürür. Yəni ölkəmizdə ictimai-siyasi vəziyyət tam normal şəkildədir. Hər bir şəxsin, təşkilatın, siyasi partiyanın, blokun seçkidə iştirak etməsi tam şəkildə təmin olunub. Düzdür, bəziləri iştirak eləmir. Onlara da tapşırıq belədir ki, iştirak etməsinlər. Azərbaycanda ciddi siyasi partiyaların böyük əksəriyyəti seçki prosesində iştirak edir. Hazırda qeydiyyatdan keçən 150-yə yaxın partiya var. Onların çox böyük hissəsi seçkidə iştirak edir. O cümlədən ayrı-ayrı qeyri-hökumət təşkilatları və bloklar seçkilərdə iştirak edib namizədlər irəli sürür. Bu səbəbdən seçki öncəsi prosesi, indiki mərhələyə qədər olan dövrü və hazırkı prosesi yüksək qiymətləndirirəm.
- Yeni Azərbaycan Partiyası seçkidən nə gözləyir?
- Partiyamız Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün seçkilərdə iştirak edib. Yəni 1993-cü ildən bu günə kimi bütün seçki prosesində YAP iştirak edib və qalib gəlib. Bu seçkilərdə də partiyanın əsas hədəfi ondan ibarətdir ki, keçən parlament seçkilərindən daha yaxşı nəticələr göstərsin. Bunun üçün stimulverici əsaslar var . Bütün dövr ərzində partiyamız və onun rəhbəri Azərbaycan xalqının maraqlarının qorunmasında, ölkəmizin iqtisadi inkişafında, abadlıq-quruculuq işlərinin aparılmasında, yeni iş yerlərinin, müəssisələrin yaradılmasında və digər sferaların hər birində vətəndaşlarının hüquqlarının qorunmasında, gənclərimizin inkişafında, təhsil və səhiyyə sisteminin formalaşmasında, xalqımızın maraqlarının müdafiə olunmasında aktiv şəkildə iştirak edib və bu prosesləri həyata keçirib. Bununla əlaqədar olaraq seçicilər YAP-a səs verəcəklər.
- YAP namizədlərinin seçkiqabağı təbliğat-təşviqat kampaniyası necə gedir?
- Bütün proseslər çox yüksək səviyyədə gedir. Demək olar ki, bütün namizədlərimiz üçün plakatlar və bukletlər hazırlamışıq. O cümlədən namizədlərimizin hər gün seçicilərlə görüşləri keçirilir. Hər gün orta hesabla 100-dən artıq görüş olur. Ardıcıl şəkildə bu proseslər davam edir. Çalışırıq ki, bütün seçicilərlə görüşək, bütün kəndlərdə və yaşayış məntəqələrində namizədlərimizin olmasını təmin edirik. Onların seçicilərlə görüşməsi, onların arzu və istəklərinin öyrənilməsi bizim üçün əsas meyarlardır. İstəyirik ki, gələcək qanunvericilikdə və fəaliyyətimizdə bütün bunların hamısını əlimizdə rəhbər tutaq.
- Müsavat Partiyasının 23 üzvünün namizədliyi qeydə alınıb. Seçkidə onların şanslarını necə qiymətləndirirsiz?
- Ümumi olaraq 23 partiya seçki prosesində iştirak edir. Hər bir siyasi partiyanın şansı onun cəmiyyət üçün görəcəyi işlərlə bağlıdır. Onlar da götür-qoy edib baxmalıdırlar ki, indiyə qədər cəmiyyət üçün nə ediblər? Cəmiyyət də onun müqabilində onlara niyə səs verməlidir? Yenə də son söz seçicinindir. Seçici kimə üstünlük verəcəksə, kimi seçmək istəyəcəksə, o təşkilatın nümayəndələri, o müstəqil namizədlər seçiləcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

