/ / Afinada keçirilən konfransda multikultural təhlükəsizliyin təminində Azərbaycan təcrübəsindən danışılıb
Afinada keçirilən konfransda multikultural təhlükəsizliyin təminində Azərbaycan təcrübəsindən danışılıb
20.10.2015 [10:29]
Oktyabrın 18-20-də Afinada keçirilən “Dini və mədəni plüralizm və Orta Şərqdə sülh içərisində mövcudluq” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Yunanıstanın xarici işlər naziri Nikolaos Kotziasın dəvəti ilə bu ölkədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın dövlət və hökumət rəsmilərinin, müxtəlif ölkələrdən olan dini liderlərin və siyasi xadimlərin iştirak etdiyi konfransda Dövlət müşaviri “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi” adlı məruzə ilə çıxış edib.
Məruzədə akademik K.Abdullayev ölkəmizdəki milli və dini müxtəliflik, bu müxtəlifliyin qorunması üçün dövlət tərəfindən həyata keçirilən siyasətlə bağlı geniş məlumat verib. O, Azərbaycanda multikultural təhlükəsizliyin dövlət təminatı və əsas prinsiplərindən bəhs edərək bildirib ki, Azərbaycanda multikultural təhlükəsizliyin prinsipləri ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına istiqamətlənmiş dövlət qayğısı, respublikada yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək göstərilməsidir.
Bundan əlavə, Dövlət müşaviri ölkəmizdə yaşayan azsaylı xalqların öz dillərində təhsil almaları, onların doğma dillərində mətbuat orqanlarının olması, bu toplumların dillərində kitab çapı, dövlət radio və televiziyasında azsaylı xalqların dilinin, mədəniyyətinin qorunması üçün yaradılan imkanlar haqda danışıb.
K.Abdullayev Azərbaycanda etnik-mədəni müxtəlifliyin qorunması ilə bağlı görülən işlər çərçivəsində ölkəmizdəki yunan icmasından da söhbət açıb. O, hazırda Azərbaycanda 700-dən çox yunanın yaşadığını, 1994-cü ildən Azərbaycanda “Arqo” adlı yunan icmasının fəaliyyət göstərdiyini deyib, 1999-cu ildən Bakı Slavyan Universitetində yunanşünaslıq ixtisasının, daha sonra isə Yeni Yunan Dili və Mədəniyyəti Mərkəzinin açılmasından bəhs edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

