/ / Parisdə “Münaqişə vəziyyətində qadın hüquqları: Azərbaycan qadınlarının timsalında” məruzəsinin təqdimatı olub
Parisdə “Münaqişə vəziyyətində qadın hüquqları: Azərbaycan qadınlarının timsalında” məruzəsinin təqdimatı olub
21.10.2015 [10:00]
Oktyabrın 20-də Parisdə, Avropa Parlamentinin informasiya bürosunda Belçika Senatının fəxri spikeri Ann-Mari Lizinin, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun və münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şodenin birgə tərtib etdikləri “Münaqişə vəziyyətində qadın hüquqları: Azərbaycan qadınlarının timsalında” adlı məruzənin təqdimatı keçirilib.
Ann-Mari Lizinin rəhbərliyi ilə bu məruzənin tərtib edilməsində məqsəd Avropa ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin nəticələri, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, eləcə də bu problemin əsas qurbanları olan qadınların vəziyyəti haqqında ətraflı məlumatlandırmaqdır.
Məruzənin müəllifləri aparılan ciddi tədqiqatlar nəticəsində qaçqın və məcburi köçkünlərin 70 faizinin qadınlar olduğunu bildikdən sonra bu mövzuya daha həssaslıqla yanaşıblar. Onlar Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından ehtiyatlanaraq beynəlxalq ictimaiyyətin diqqətini bu problemin həlli yollarının tapılmasına cəlb etmək istəyirlər.
MEVA təşkilatının baş katibi Patrisiya Lalond və münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şoden məruzənin hazırlanmasından, münaqişə qurbanları ilə görüşlərindən danışıblar. Onlar Dağlıq Qarabağ münaqişəsinin tarixi, qaçqın və məcburi köçkün qadınların üzləşdiyi problemlər, onların həyat şəraiti, hökumətin göstərdiyi qayğı haqqında məlumat veriblər.
Müəlliflər bu münaqişə nəticəsində yüzlərlə insanın əsir götürüldüyünü, 4 mindən artıq şəxsin (253 qadın və 60 uşağın) itkin düşdüyünü və bu günədək onlardan heç bir xəbər olmadığını bildiriblər.
Sonda keçirilən müzakirələr zamanı Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti, rəsmi Yerevanın beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də bir çox beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə riayət etməməsindən danışıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

