“Beynəlxalq media nümayəndələrinin ölkəmizdəki seçkilərə marağı böyükdür”
27.10.2015 [10:07]
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda yer alan “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi qaydaları” əsasında xarici KİV nümayəndələrinin akkreditasiyası Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. XİN-də akkreditasiyadan keçən KİV nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydə alınmalıdırlar. Yalnız bundan sonra xarici KİV təmsilçiləri tamamilə sərbəst şəkildə seçki prosesini işıqlandıra bilərlər”. Bu barədə “Seçki-2015.az” saytına Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, xarici KİV nümayəndələrinin akkreditasiya prosesini asanlaşdırmaq üçün XİN tərəfindən elektron akkreditasiya xidməti də həyata keçirilir: “Azərbaycanda keçiriləcək parlament seçkilərini işıqlandırmaq üçün bu günə qədər XİN-ə beynəlxalq media qurumlarından çoxsaylı müraciətlər daxil olub. Bu, beynəlxalq media nümayəndələrinin ölkəmizdə keçiriləcək seçkilərə marağını göstərir. Azərbaycanda artıq daimi əsasda akkreditasiyadan keçmiş xarici media nümayəndələri var ki, onlar Mərkəzi Seçki Komissiyasında qeydiyyata düşməklə seçkiləri işıqlandırmaq niyyətindədirlər. Bundan əlavə, qısamüddətli dövr ərzində akkreditasiyadan keçmək və seçkiləri işıqlandırmaq üçün müraciətlər də daxil olur. Ümumiyyətlə, seçki prosesini işıqlandırmaq üçün müraciət edən xarici KİV nümayəndələri sırasında Türkiyə, Rusiya, Avropa İttifaqı ölkələrinin media qurumları üstünlük təşkil edirlər. Bundan əlavə, ABŞ və İsraildən də müraciətlər var”.
XİN rəsmisi bəzi xarici dairələrin seçkiöncəsi Azərbaycana qarayaxma cəhdlərinə münasibət bildirib. H.Hacıyev qeyd edib ki, Azərbaycanın inkişafını sevməyən qüvvələrin seçkilərə təsiri ola bilməz: “Hər zaman olduğu kimi budəfəki seçkilərin də azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün lazımi şərait yaradılıb. Seçkiləri çoxsaylı yerli və xarici müşahidəçilər izləyəcək. Ölkəmizdə keçiriləcək parlament seçkilərinin nəticələrini Azərbaycan seçicilərinin iradəsi müəyyən edəcək”.
Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar səsvermə proseduru açıqlanıb
Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar səsvermə proseduru açıqlanıb. Noyabrın 1-də saat 7:30-da seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanacaq. Saat 7:50-də məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki məntəqələri açıq elan ediləcək və seçki qutuları kilidlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatdığını elan edəcək. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Səsvermənin gedişi və onun nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı 500-ə yaxınlaşır
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı 500-ə yaxınlaşır. Bu barədə “Seçki-2015.az” saytına Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Seçkiləri izləyəcək yerli müşahidəçilərin sayı 60 min nəfərdir.
Seçkiləri müşahidə edəcək beynəlxalq təşkilatların sayı isə 27-yə çatıb.
“Seçki məntəqələri panduslarla təmin olunacaq”
“Deputatlığa namizədliyi qeydə alınanların yarısı siyasi partiyaların namizədləridir”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.
M.Pənahov deyib ki, seçki məntəqələrində quraşdırılmış veb-kameralar komissiya üzvlərinin əyləşdiyi masaları və seçki qutusunu göstərməlidir: “Naxçıvanda Milli Məclislə bərabər Naxçıvan Ali Məclisinə seçkilər keçirilir. Naxçıvanda veb-kameralar quraşdırılmış seçki məntəqələrində həm Azərbaycan, həm də ingilis dilində aydın yazılmalıdır ki, Milli Məclisə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilir. Bu da seçki məntəqəsində quraşdırılmış veb-kamerada aydın görünməlidir”.
MSK sədri əlavə edib ki, əlil seçicilər üçün seçki məntəqələrində pandusların quraşdırılması məsələsi xüsusi diqqət mərkəzində olmalıdır: “Fiziki imkanları məhdud insanlar üçün ictimai tədbirlərdə iştirak etmək önəmlidir. Seçki məntəqələrində pandusların quraşdırılması çox mütərəqqi bir addımdır və bu, mətbuatda təbliğ olunmalıdır. Seçki məntəqələri panduslarla təmin olunacaq”.
İCAPP Azərbaycana müşahidə missiyası göndərəcək
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) müşahidə missiyası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək. “Seçki-2015.az” saytının məlumatına görə, bu məqsədlə təşkilatın 9 nəfərdən ibarət müşahidə missiyası Azərbaycana səfər edəcək. Missiyanın tərkibinə Koreya, Kamboca, İndoneziya və başqa ölkələrdən nümayəndələr daxildir.
İCAPP-ın müşahidə missiyası seçkilərin nəticələrinə dair bəyanatla çıxış edəcək. Qeyd edək ki, İCAPP-da 70-dən çox ölkənin 300-dən artıq siyasi partiyası təmsil olunur.
“Azərbaycan xalqı öz layiqli nümayəndələrini seçəcək”
İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut “Seçki-2015.az” saytına açıqlamasında bildirib ki, Azərbaycan xalqı öz layiqli nümayəndələrini seçəcək: “Azərbaycanda parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə inanıram. Düşünürəm ki, seçkilərin demokratik şəraitdə baş tutmasında hakimiyyət çox maraqlıdır. Ölkənizdə aparılan seçki prosesində yaxın dostlarım da iştirak edir və onlar mənə söyləyir ki, Azərbaycanda həyata keçirilən imzatoplama kampaniyası, namizədlərin qeydiyyata alınması prosesi, təbliğat-təşviqat kampaniyası demokratik ölkələrdə olan prosedurlardan fərqlənmir”.
“Aydındır ki, parlamentə yeni insanların, cavan və peşəkar deputatların seçilməsinə ehtiyac var. Ümid edirəm seçkilərdə bu, ehtiva olunacaq. Bu seçkilər Azərbaycanın gələcək demokratik inkişaf prosesinə önəmli töhfəsini verəcək”, - deyə ekspert bildirib.
Arye Qut bəzi xarici dairələrin indidən bu seçkiləri spekulyasiya vasitəsinə çevirmək istəyini təəssüflə qarşıladığını bildirib.
Azərbaycanda seçici siyahılarının hazırlanması praktikası digər ölkələr üçün nümunə ola bilər
Seçici siyahıları seçki prosesinin ən vacib faktorlarından biridir. Seçki Məcəlləsinin tələblərinə əsasən, seçkilərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, hər il Azərbaycanda seçici siyahıları dəqiqləşdirilərək yenidən tərtib olunur.
“Seçki-2015.az” saytı yazır ki, bu proses yanvar ayından may ayınadək davam edir. İlkin mərhələdə siyahılar məntəqə seçki komissiyaları, daha sonra isə dairə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir. Mərkəzi Seçki Komissiyası son olaraq seçici siyahılarını təsdiqləyir. Bundan sonra isə bu siyahı Komissiyanın internet saytında yerləşdirilir.
Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq, hər il yanvar ayından may ayınadək seçici siyahıları dəqiqləşdirilir. Seçki ilində isə bu proses davamlı, daha dəqiq desək, səsvermə gününə qədər davam edir. Belə ki, seçici siyahıları tanışlıq üçün səsvermə gününə 35 gün qalmış seçki məntəqələrindən asılır. Bütövlükdə isə bu proseslə ölkəmizdə mövcud 125 dairə seçki komissiyası müntəzəm məşğul olur. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, qurum bu məsələyə daim diqqət yetirir. Onun sözlərinə görə, Azərbaycanda seçici siyahılarının hazırlanması praktikası digər ölkələr üçün də nümunə ola bilər. Burada əsas məqsəd Azərbaycan seçicisinin hər birinin adının seçicilər siyahısına daxil edilməsinə nail olmaqdır.
MSK Katibliyinin rəhbəri Rövzət Qasımov isə bu yaxınlarda müsahibəsində bildirib ki, istənilən şəxs öz adının siyahıda olub-olmamasını yoxlaya bilər: “Hətta səsvermə günü belə seçici məntəqə komissiyasına müraciət etməklə problemi həll etmək hüququna malikdir. MSK müxtəlif vasitələrdən istifadə etməklə seçiciləri öz adlarını, məlumatlarını seçici siyahılarında dəqiqləşdirməyə dəvət edir, bununla bağlı müəyyən işlər aparılır. Seçicilər müxtəlif vasitələrlə öz məlumatlarını yoxlaya bilərlər. Bunun digər yolu da MSK-nın internet səhifəsinə müraciət etməkdir. Hələ 2005-ci ildən bütün seçicilərin məlumatlarının göstərildiyi siyahılar bizim internet səhifəsindədir və oradan istənilən məlumatı dəqiqləşdirmək mümkündür. Seçici özünün və yaxud da tanıdığı digər bir seçicinin məlumatları ilə bağlı hər hansı bir nöqsan, çatışmazlıq aşkarladıqda bunu online ərizə forması vasitəsilə MSK-ya bildirə bilər”.
Bütün bunlardan əlavə, hər bir seçici hansısa problemlə üzləşərsə, MSK-nın “qaynar xətti” vasitəsilə onu həll edə bilər. Bununla yanaşı Komissiya mütəmadi olaraq kütləvi informasiya vasitələrində maarifləndirmə işləri aparır, seçicilərin səsvermə prosesində iştirakı üçün çağırışlar edir.
Əlbəttə, MSK tərəfindən atılan bu addımlar bütün seçici siyahılarının dəqiqləşdirilməsi işinin daha da təkmilləşdirilməsinə xidmət edir. Burada əsas məqsəd ondan ibarətdir ki, hər bir seçib-seçilmək hüququ olan Azərbaycan vətəndaşları 1 noyabr seçkilərində öz iradələrini azad şəkildə ifadə etsinlər. Son illər keçirilən seçkilərdə seçici fəallığının artması da görülən bu işlərin nəticəsi sayıla bilər.
Aviqdor Liberman: Azərbaycan demokratiyanın bariz nümunəsidir
“Azərbaycan demokratiyanın, stabilliyin və uğurlu xarici siyasətin bariz nümunəsidir”. Bu fikirləri “Seçki-2015.az” saytına açıqlamasında İsrailin keçmiş xarici işlər naziri, “Naş dom-İzrail” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman deyib. O bildirib ki, müəyyən dövlətlər bu uğurlu siyasət xəttini görmək və qəbul etmək istəmirlər.
Onun sözlərinə görə, Azərbaycanda bütün hüquqlar təmin olunub: “Ölkənizə qarşı seçkiqabağı təzyiq ikili standartlardan irəli gəlir”.
Aviqdor Liberman qeyd edib ki, İsrail dövləti də daim ikili standartlarla üzləşir və bu baxımdan da Azərbaycanın vəziyyətini yaxşı başa düşür.
“Hazırda bir çox dövlətlər Azərbaycana “başağrısı” yaratmaq niyyətindədirlər. Amma əminəm ki, Azərbaycanın müdrik və uğurlu xarici siyasət xətti buna imkan verməyəcək. Çox yaxın zamanda Azərbaycana gələcəyik”, - deyə o vurğulayıb.
İsrailin keçmiş xarici işlər naziri Azərbaycanda parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçiriləcəyinə əminliyini bildirib. O deyib ki, əhali parlament seçkilərində sərbəst seçimini edəcək və bu seçkilərin nəticəsi Azərbaycanı tənqid edən bəzi qüvvələr üçün yaxşı dərs olacaq.
MİR telekanalı parlament seçkiləri ilə bağlı xüsusi reportaj hazırlayıb
Rusiyanın MİR telekanalı parlament seçkiləri ərəfəsində Azərbaycandan xüsusi reportaj hazırlayıb. Süjetdə xatırladılır ki, budəfəki seçkidə gənclər xüsusilə fəaldır. Namizədlərin arasında da gənclər azlıq təşkil etmir. Bildirilir ki, Azərbaycan parlamentindəki 125 yer uğrunda 750 nəfər gərgin mübarizə aparacaq. Sorğular da göstərir ki, öz güclərini ilk dəfə sınamaq istəyənlər üçün heç də asan olmayacaq: “Bütün seçki məntəqələrində artıq müşahidə kameraları quraşdırılıb. Seçkidə pozuntulara yol verilməməsi üçün Mərkəzi Seçki Komissiyası prosesə nəzarət edəcək. Ekspertlərin fikrincə, görülən tədbirlər seçkinin şəffaflığını təmin etməyə tam yetərlidir. Namizədlərin təbliğat-təşviqat kampaniyasının bitməsinə bir həftədən də az vaxt qalır və onlar bu zamandan maksimum istifadə etməyə çalışırlar”.
“Azərbaycana qarşı təzyiq cəhdləri seçki prosesinin gedişinə təsir edə bilməz”
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkiləri izləmək üçün müşahidə missiyası göndərməməsi seçki prosesinin gedişinə təsir edə bilməz”. Bu barədə “Seçki-2015.az” saytına açıqlamasında Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, beynəlxalq güclərin maraqlarının xidmətçisinə çevrilən bu cür təşkilatlar və institutlar üçün demokratiya, insan haqları çox da maraqlı deyil: “Bu qurumu Azərbaycandakı demokratik vəziyyət deyil, Qərbin maraqlarının gələcək taleyi düşündürür. Xüsusilə seçkidən əvvəl və sonrakı dövrdə bu qüvvələrin təzyiq cəhdləri artır”.
T.İsmayıl Azərbaycana qarşı bu münasibətin ikili standartlardan irəli gəldiyini qeyd edib. “Göründüyü kimi, bu qüvvələr üçün şəxsi və qrup maraqları demokratiyadan da, insan haqları kimi ali dəyərlərdən də vacibdir. Artıq bu ali dəyərlər Azərbaycana təzyiq üçün bir alətə çevrilib”, - deyə ekspert bildirib.
Bu cür təzyiqlərlə onların heç nəyə nail olmayacaqlarını deyən T.İsmayıl bildirib: “İndiyə qədər Azərbaycana qarşı edilən təzyiqlərin heç bir nəticəsi olmayıb, bundan sonra da olmayacaq. Əksinə, getdikcə bu qüvvələrin məqsədləri ifşa olunur. Hesab edirəm ki, Azərbaycan bu seçkiləri də normal şəraitdə keçirə biləcək”.
Ekspert seçkilərdə iqtidar partiyasının daha şanslı olduğunu bildirib.
Səhifəni hazırladı:
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

