Azərbaycan və Monteneqro hökumətləri arasında iki saziş imzalanıb
28.10.2015 [10:28]
Oktyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Monteneqro hökumətləri arasında iki saziş imzalanıb.
Baş nazir Artur Rasizadə Azərbaycan ilə Monteneqro arasında münasibətlərin, xüsusilə siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində də tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər əlaqələrimizin daha da inkişafına təkan verir.
Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Son vaxtlar ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Azərbaycanın Baş naziri bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün kifayət qədər möhkəm hüquqi baza var. Bu gün (dünən - red.) imzalanan iki sənəd də əməkdaşlığın inkişafında mühüm rol oynayacaq. Baş nazir əmin olduğunu bildirib ki, Azərbaycan ilə Monteneqro arasında iqtisadi əməkdaşlığın səviyyəsi yaxın zamanlarda siyasi əlaqələrin inkişaf səviyyəsinə çatacaq.
Görüşdə Monteneqro nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verilib. Qeyd edilib ki, təcavüzkar siyasətini davam etdirən Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişə indiyədək həll edilmir. Problem beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tapmalıdır.
Baş nazir Milo Cukanoviç Azərbaycan və Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluğunu bildirib. O, Monteneqronun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib, Azərbaycanın son illərdə siyasi, iqtisadi sahələrdə mühüm uğurlar əldə etdiyini bildirib. Milo Cukanoviç vurğulayıb ki, Monteneqro Azərbaycanın dünyada və regionda sülh, təhlükəsizlik üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.
Milo Cukanoviç Azərbaycanın Monteneqroda irimiqyaslı layihələr həyata keçirməsinin, bu ölkəyə sərmayələr qoymasının əməkdaşlığın daha da inkişafına təkan verəcəyini bildirib. O, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələrin önəmindən, bu sahədə əməkdaşlığımızın perspektivlərindən də söhbət açıb.
Sonra sənədlər imzalanıb.
“Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsinə dair Saziş”i isə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç imzalayıblar.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

