Həmsədrlər rusiyalı keçmiş həmkarını növbəti dəfə ifşa ediblər
30.10.2015 [10:29]
Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yerli KİV-lərə müsahibəsində deyib: “Həmsədrlər öz təkliflərini hər iki ölkənin prezidentləri ilə müzakirə edirlər. Şübhəsiz ki, artıq prezidentlər iradələrini göstərərək münaqişə deyil, sülh istəkləri haqda qərar qəbul etməlidirlər. Tərəflərin HƏR İKİSİ (ayırma bizimdir. - AZƏRTAC) 20 ildən artıq davam edən qarşıdurmadan yorulub. Qarabağda münaqişənin Azərbaycan və Ermənistan xalqlarının təhlükəsizliyi naminə hərtərəfli tənzimlənməsi zəruridir”.
Amerikalı diplomat ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri, hazırda isə Ermənistan XİN-in və Ermənistan prezident aparatının təbliğat-təşviqat ştampları ilə təchiz edilməsi məsələləri üzrə ştatdankənar müşaviri, Vladimir Kazimirovun bu münaqişənin guya “üçtərəfli” formatı haqqında hoqqabazlığını növbəti dəfə ifşa edib. Xatırladaq ki, Vladimir Kazimirov ATƏT-in 1996-cı il Budapeşt Sammitinin Bəyannaməsinə (həmin sənəddə 1994-cü ilin may ayında barışıq haqqında saziş imzalamış tərəflərdən söhbət gedirdi) istinad edərək, uzun müddət bu münaqişədə Azərbaycan və Ermənistan kimi, “Dağlıq Qarabağ”ın da “bərabər” tərəf olması haqqında mifi əsaslandırmağa çalışırdı. Halbuki həmin Bəyannamədə yalnız tərəflər haqqında söhbət gedirdi, amma onların arasında bərabərlik işarəsi qoyulmamışdı.
Təbii ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni icması bu regionun azərbaycanlılar icması ilə yanaşı münaqişənin tərəfidir, lakin əsas tərəf deyil, marağı olan tərəfdir. Minsk qrupu məhz “Beyker qaydaları” kimi daha çox tanınan “2+2” (münaqişənin iki əsas və iki maraqlı tərəfi) formatı əsasında yaradılıb və əgər Vladimir Kazimirovun bundan xəbəri yoxdursa, bu, biabırçılıqdır.
Beləliklə, Ceyms Uorlik münaqişənin HƏR İKİ tərəfindən danışaraq Kazimirovu növbəti dəfə mat qoyub.
Yeri gəlmişkən, həmsədrlərin Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlılar icmasının nümayəndələri ilə növbəti görüşü faktınin özü iki icma arasında bərabərlik işarəsinin təsdiqidir. Həmin görüşdən sonra rusiyalı həmsədr İqor Popov bildirib ki, qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdır və müzakirə mövzularından biri azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi məsələsi olmalıdır.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

