Beynəlxalq müşahidəçilər: Azərbaycanda seçkilər ən yüksək səviyyədə keçdi
03.11.2015 [10:32]
Azərbaycanda parlament seçkilərinin gedişini 40 beynəlxalq təşkilatı təmsil edən 500-dən çox müşahidəçi və onların 66 mindən çox yerli həmkarı izləyib. Müşahidəçilərin demək olar ki, hamısı bir səslə bildirir: ölkədə parlament seçkiləri peşəkarlıqla və ən yüksək səviyyədə hazırlanıb.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) nümayəndələri seçkiləri müşahidə edənlər arasında sorğu keçiriblər. Mərkəzin mətbuat xidməti bildirir ki, azərbaycanlıların çoxu səsvermənin düzgün keçirilməsini şəxsən yəqin etmək arzusunda olublar.
Rusiya Dövlət Dumasının deputatı Vasili Tarasyuk və onun belaruslu həmkarı, MDB-nin müşahidəçilər missiyasının nümayəndəsi deyib: “Biz 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinə təhkim edilmişdik. Bir sıra seçki məntəqələrində olduq, heç bir qanun pozuntusu müşahidə etmədik, məntəqələr qanunamüvafiq şəkildə təchiz edilib, hər yerdə müxtəlif partiyaların nümayəndələri, habelə əcnəbi müşahidəçilər var, hər kəs öz iradəsini sərbəst ifadə etmək imkanına malikdir”.
Avropa Şurası Parlament Assambleyasının üzvləri Mariya Obradoviç (Serbiya) və Piter Oramund (İspaniya) qeyd ediblər ki, onlar hətta irad bildirmək istəsəydilər belə, hər hansı pozuntunu təsdiq edən faktlar tapmayıblar. Səsvermə günü təbliğat aparılmayıb, məntəqələrdə güc qurumlarının nümayəndələri olmayıb, yerli müşahidəçilər əcnəbi həmkarlarına köməklərini təklif ediblər. Piter Oramund deyib: “Mən 12 il bundan əvvəl Azərbaycanda seçkilərdə olmuşam. Bu iki prosedur arasında böyük fərq gördüm. İndi seçkilər daha sakit keçir. Bütün işlər daha yaxşı təşkil edilib, komissiya daha peşəkar səviyyədə işləyir”.
Latviyalı müşahidəçi Dainis Turlais rəsmi statistik məlumatlar elan edilənə qədər seçicilərin fəallığı barədə hər hansı bəyanat verməyə tələsmir. O deyib: “Hələ tezdir, bu, qəhvə ilə fala baxmağa oxşayar”. Bununla belə, Turlais qeyd edib ki, hava şəraitinin pis olmasına baxmayaraq, seçicilərin fəallığı çox yüksək idi.
29 saylı Səbail Seçki Dairəsinin 4 saylı Məntəqə Seçki komissiyasının sədri Lalə Əliyeva deyib ki, seçkilərə bir həftə qalmış səsvermənin nə vaxt və harada keçiriləcəyi barədə seçicilərə məlumat verilib. Vətəndaşlar adi bildiriş almaqla bərabər, öz seçki məntəqələri haqda internetin və televiziyanın köməyi ilə də məlumat ala bilərdilər. Azərbaycanlılar bu məsələyə şüurlu şəkildə yanaşaraq yüksək fəallıq göstəriblər.
Yerli sakinlərdən biri deyib: “Bizim bütün ailəmiz səs verib. Oğlum və gəlinim səsverməyə gedən vaxt mən nəvələrimlə qaldım, sonra isə özüm məntəqəyə gəldim. Mən öz Prezidentimə, öz dövlətimə hörmət edirəm. Seçkilər ərəfəsində namizədlər haqqında tam informasiya almışıq, hər birimiz kimə səs verdiyimiz bilirik”.
Rusiyalı müşahidəçilər seçicilərin bu məsələyə məsuliyyətlə yanaşmasını xüsusi vurğulayıblar. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya deyib: “Seçicilər bildirirlər ki, onlar namizədlərin proqramları ilə tanış olublar, bu insanları tanıyırlar və öz meyarlarına uyğun olaraq şüurlu seçim edirlər. Seçicilərdən tez-tez eşidirdik ki, onlar səs verməyə borcludurlar, çünki bu, onların öz ölkəsidir və onun gələcəyini onlar müəyyən edirlər”.
Qərbli ekspertlər Azərbaycanda keçirilən seçkiləri kəskin tənqid etməyə ciddi hazırlaşmışdılar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərə öz missiyasını göndərməkdən imtina etməsi ilə əlaqədar, yaxın günlərdə baş vermiş qalmaqal buna əyani sübutdur. Lakin Azərbaycan bu prosedura çox ciddi yanaşdığını nümayiş etdirdi. Çoxlu sayda əcnəbi və yerli müşahidəçi dəvət olundu. Bu prosesi izləməyi arzu edən adi vətəndaşlar yerli müşahidəçi kimi çıxış edə bilərdi. Seçki məntəqələrinin təqribən 20 faizi videomüşahidə kameraları ilə təchiz edilib. Bundan əlavə, ölkədə təkrar səsvermə hallarının qarşısını almaq üçün müvafiq tədbirlər görülüb. Seçicilərin barmağına xüsusi ziyansız məhlul vurulur, sonra onlara seçki bülleteni verilirdi.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Duması deputatlarından ibarət nümayəndə heyəti ilə birlikdə seçkilərin gedişini müşahidə etmiş Dmitri Savelyev deyib: “Mən əvvəlcədən əmin idim ki, Azərbaycanda seçkilər şəffaf olacaq, orada bu məsələyə məsuliyyətlə yanaşacaqlar. Lakin reallıq mənim gözlədiyimdən də artıq oldu, Azərbaycandan öyrənməli olduğumuz məsələlər var. O cümlədən, barmaqların yoxlanması təcrübəsindən bəhrələnməyə dəyər”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

