/ / Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin ədalətli və şəffaf keçirildiyini bəyan ediblər
Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin ədalətli və şəffaf keçirildiyini bəyan ediblər
04.11.2015 [09:40]
40 beynəlxalq təşkilatı təmsil edən 500-dən çox müşahidəçi və onların 66 mindən çox yerli həmkarı ölkəmizdə keçirilən parlament seçkilərinin demokratik və legitim olduğunu diqqətə çatdırıblar
Məlum olduğu kimi, Azərbaycanda parlament seçkilərinin gedişini 40 beynəlxalq təşkilatı təmsil edən 500-dən çox müşahidəçi və onların 66 mindən çox yerli həmkarı izləyib. Ümumilikdə, beynəlxalq müşahidəçilər seçkilərin ədalətli və şəffaf keçirildiyini, qanunlara və beynəlxalq standartlara uyğun olduğunu bəyan ediblər.
AŞPA seçkilərin şəffaf və demokratik keçirilməsini təqdirəlayiq hal kimi səciyyələndirib
AŞPA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Azərbaycanda parlament seçkilərinə dair qurumun Seçki Müşahidə Missiyasının hazırladığı hesabatı səsləndirərkən deyib ki, Azərbaycanda parlament seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan yaxşı təşkil olunub. Seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib, ən əsası isə, demokratik əsaslarla təşkil edilib. Hesabatda bildirilib ki, seçkiləri missiyanın 28 nəfər üzvü izləyib. Onlar Bakıda və ölkənin digər ərazilərində çoxlu sayda seçki məntəqələrində müşahidə aparıblar: “Seçkilər ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçib. Missiyanın üzvləri səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğunu müşahidə ediblər. Seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilib və müşahidəçilər tərəfindən heç bir hadisə qeydə alınmayıb. Müşahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı göstərdiyi mütəşəkkilliyə görə təbrik edir. Seçki məntəqələrinin ətrafında heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinməyib. Əldə olunan uğur, xüsusilə seçki məntəqələrində veb-kameraların quraşdırılması təqdirəlayiq haldır”.
Hesabatda MSK-nın seçki məntəqələri açılandan hesablama, habelə nəticələr sənədləşdirilənədək prosesin şəffaf olması üçün çalışdığı qeyd edilib. Sənəddə səsvermə günü ərzində seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədiyi əksini tapıb. Hesabatda yerli KİV-lərdə səsvermə gününün geniş əhatə edildiyi, seçici fəallığının əhəmiyyətli dərəcədə artması, səsvermə və səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etməsi fikirləri də yer alıb.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəyi müsbətdir
Azərbaycanda keçirilən parlament seçkilərini izləmək üçün müşahidə missiyası göndərən daha bir təşkilat Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi olub. Müşahidə missiyasının rəhbəri Klaude Moniquet noyabrın 2-də keçirilən mətbuat konfransında seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib: “Komandamız seçki günü Bakıda, Sumqayıtda və Xırdalanda 100 seçki məntəqəsinə, 6 seçki dairəsinə baş çəkərək müşahidə apardı. Səsvermə prosesi yüksək səviyyədə təşkil edilmişdi. Məntəqələr bütün zəruri avadanlıqla təchiz olunmuşdu. Seçici fəallığı yüksək idi, qadınların fəallığı isə xüsusi qeyd edilməlidir. Seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli müşahidəçi izləyirdi. Seçki komissiyalarında da xeyli sayda qadın var idi”.
K.Moniquet bildirib ki, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsinə, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün olmasına baxmayaraq, bu seçkilər azad, ədalətli və şəffaf keçirildi. Azərbaycandakı seçkilər digər ölkələr üçün nümunə ola bilər.
Almaniyadan olan müşahidəçilər parlament seçkilərinin legitimliyini xüsusi vurğulayıblar
Azərbaycanda keçirilən parlament seçkilərini Almaniya ictimai-siyasi xadimlərindən ibarət qrup da izləyib. Qrupun üzvlərinin açıqlamasında seçkilərin demokratik, şəffaf və ədalətli keçdiyi bildirilib. Noyabrın 2-də keçirilən mətbuat konfransında müşahidə qrupunun rəhbəri Eduard Lintner deyib: “Seçki məntəqələrində və ətrafda apardığımız müşahidələr zamanı qanun pozuntusu qeydə almadıq. Nümayəndə heyətinin üzvləri demokratik qaydaların pozulması və ya ümumiyyətlə hər hansı zorakılıq halları müşahidə etmədi. Almaniya nümayəndə heyətinin bütün üzvləri parlament seçkilərinin demokratik keçdiyinə əmindir. Azərbaycan bu seçkilərdə beynəlxalq demokratik standartlara doğru daha bir addım atdı”.
Qeyd edək ki, müşahidə qrupuna Almaniya Bundestaqının, Bavariya parlamentinin üzvləri və sabiq parlamentarilər, Almaniya Federal Hökuməti və Bavariya Əyaləti Hökumətinin keçmiş nümayəndələri daxildir.
TÜRKPA seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki bazanın yaradılmasını mütərəqqi addım olaraq
xarakterizə edib
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının Azərbaycanda Milli Məclisə seçkilərlə bağlı mətbuat konfransında da müsbət rəy ifadə olunub. TÜRKPA-nın baş katibi Jandos Asanov təşkilatın müşahidə missiyasına yaradılmış şəraitə görə təşəkkürünü bildirib. Müşahidə missiyasının seçkilərlə bağlı rəyini təqdim edən Qazaxıstan parlamentinin nümayəndəsi Serikjan Kanayev bildirib ki, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri, eləcə də TÜRKPA baş katibinin rəhbərliyi ilə qurumun beynəlxalq missiyası noyabrın 1-də keçirilmiş parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib. O deyib ki, seçkilərin texniki və prosedur qaydaları, seçici qeydiyyatı, təlim materiallarının hazırlanması yüksək səviyyədə təşkil olunmuşdu. TÜRKPA müşahidə missiyasının üzvləri Binəqədi, Nəsimi, Səbail seçki dairələrinin məntəqələrində olub və müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşüblər. “Biz seçicilərin seçki prosesinə sakit və təmkinli yanaşmasını müşahidə etdik”, - deyə S.Kanayev bildirib.
Bildirilib ki, seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılmışdı. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmadı. Seçki prosesi Azərbaycanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun təşkil olunmuşdu.
Avropa Seçkilərin Müşahidəsi Akademiyası parlament seçkilərinin demokratikliyini xüsusi qeyd edib
Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının üzvləri də Azərbaycanda parlament seçkilərinin demokratikliyini xüsusi qeyd ediblər. Missiyanın üzvü, Avstriyanı təmsil edən Volfqanq Qrossruk bildirib ki, Mərkəzi Seçki Komissiyasının məntəqələrdə quraşdırdığı veb-kameralar səsvermənin gedişini onlayn müşahidə etməyə imkan yaratdı: “Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda seçkilər sakit keçdi. Səsvermə məntəqələrinə sərbəst giriş var idi. Seçicilərin qeydiyyatı ilə bağlı heç bir problem olmadı. Səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçdi”.
Böyük Britaniyanı təmsil edən Maykl Hankok isə səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda müşahidəçilərin iştirak etdiyini vurğulayıb: “Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını izlədilər və heç bir problem qeydə almadılar. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi”.
Avropalı müşahidəçilər məntəqələrdə veb-kameraların quraşdırılmasını şəffaflıq nümunəsi kimi dəyərləndiriblər.
GUAM: Seçkilərin sakit şəraitdə keçməsi ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün tam təminat oldu
“Azərbaycanda parlament seçkiləri beynəlxalq normalara və milli qanunvericiliyə uyğun keçdi. Bakıda və Sumqayıtdakı bir neçə seçki məntəqəsində apardığımız müşahidələr zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıq”. Bu sözləri isə noyabrın 2-də “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.
GUAM-ın ölkəmizdəki parlament seçkiləri ilə bağlı yaydığı bəyanatında bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər beynəlxalq normalara, eyni zamanda, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının hazırladığı prosedurlara uyğun keçdi. Seçkilərin sakit şəraitdə keçməsi ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün tam təminat oldu.
Qeyd edək ki, GUAM Parlament Assambleyasının müşahidəçilər qrupuna Ukrayna Ali Radasının deputatı İvan Krulko, Gürcüstan parlamentinin üzvü Zurab Abaşidze və qrupun rəhbəri Valeri Çeçelaşvili daxildir.
MDB-nin qısamüddətli müşahidə missiyası: Azərbaycanda parlament seçkiləri azad və şəffaf keçirildi
“Azərbaycanda parlament seçkiləri azad və şəffaf keçirildi. Seçki kampaniyası ümumi qəbul edilmiş normalara uyğun aparılıb”. MDB-nin qısamüddətli müşahidə missiyasının rəhbəri Sergey Lebedev Bakıda keçirdiyi yekun mətbuat konfransında belə deyib. O bildirib ki, müşahidə missiyası ölkə üzrə 1007 məntəqədə səsvermə prosesini izləyib.
S.Lebedev qeyd edib ki, ötən illərlə müqayisədə budəfəki seçkilərdə həm elektoratın, həm də seçki komissiyası üzvlərinin savadlılığı daha da artıb. O vurğulayıb ki, bəzi xırda nöqsanların qarşısı dərhal alınırdı.
Yerli müşahidəçilərin sayının artmasını müsbət hal kimi dəyərləndirən S.Lebedev bildirib ki, hər məntəqədə ən azı 10 müşahidəçi səsvermə prosesini izləyirdi. Missiya rəhbəri veb-kameralar quraşdırılan məntəqələrin sayının artmasını, həmçinin seçici fəallığını xüsusi qeyd edib.
Rusiyalı müşahidəçilər: Azərbaycan dövlətinin qanunvericilik bazası və seçki təcrübəsi başqalarına nümunə ola bilər
Bununla yanaşı, “Rossiya seqodnya” beynəlxalq mətbuat mərkəzində ölkəmizdə keçirilmiş seçkiləri izləmiş bir qrup rusiyalı müşahidəçi mətbuat konfransı keçirib. Tədbirdə Rusiya Federasiyası İctimai Palatasının beynəlxalq əməkdaşlıq komissiyasının sədri Sergey Markov, Rusiya Federasiyası Dövlət Dumasının deputatları Aleksandr Sidyakin və Olqa Kazakova, habelə İctimai Palata katibinin müavini, Rusiya Hüquqşünaslar Assosiasiyasının rəyasət heyətinin üzvü Vladislav Qrib iştirak ediblər.
V çağırış Milli Məclisə seçkilər “düzgün, ədalətli, Azərbaycan xalqının iradəsini ifadə edən” seçkilər kimi xarakterizə edilib. Qeyd edilib ki, seçicilərin namizədlərinə sərbəst səs vermələri üçün lazım olan şərait yaradılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dövlətinin qanunvericilik bazası və seçki təcrübəsi başqalarına nümunə ola bilər.
“Seçkilərdə bütün müşahidəçilər üçün bərabər şərait yaradılıb, hər şey qanunlara uyğun olub”
Azərbaycandakı parlament seçkilərini müşahidə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) və Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratları Təşkilatının (CAPDI) nümayəndələri də seçki prosesindən razılıqlarını ifadə ediblər. ICAPP-ın həmsədri Jose de Venesia seçkilərin şəffaf şəkildə keçirildiyini bildirib. Qeyd edilib ki, builki parlament seçkiləri Azərbaycanda demokratiyanın əsaslarını daha da möhkəmləndirəcək.
Bununla yanaşı, Azərbaycan Milli Məclisinə seçkilərdə müşahidəçi qismində iştirak edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyası da seçkilərin nəticələrinə dair rəyini bildirib. Müşahidə missiyasının rəhbəri Habib Kaabaçi Azərbaycanda seçkilərin dinc və sakit ab-havada keçdiyini söyləyib. O, seçkilərdə bütün müşahidəçilər üçün bərabər şərait yaradıldığını, hər şeyin qanunlara uyğun olduğunu qeyd edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

