Pakistan mətbuatı ATƏT müşahidəçilərinin Ermənistan tərəfindən atəşə tutulmasından yazır
05.11.2015 [10:24]
Pakistanın DNA xəbər agentliyi və “Centreline” jurnalında “ATƏT müşahidəçiləri Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub” sərlövhəli material verilib.
Məqalədə deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra köməkçiləri təmas xəttində atəşkəs rejimini yoxlamaq məqsədilə monitorinq apararkən Ermənistan hərbçiləri Azərbaycan mövqeləri, eyni zamanda müşahidə missiyası istiqamətində aramsız atəş açıb. Nəticədə ATƏT müşahidəçiləri Azərbaycan ordusunun mövqelərinə sığınmağa məcbur olub.
Hadisənin şahidi olan Azərbaycan Müdafiə Nazirliyi əməkdaşlarına istinadla bildirilir ki, ATƏT nümayəndələri qarşı tərəflə əlaqə saxlayaraq atəşin dayandırılmasını tələb edib. Məqalədə vurğulanır ki, atəşin açıldığı istiqamətin açıq-aydın məlum olmasına baxmayaraq, ATƏT-in 2015-ci il oktyabrın 29-da yayılan bəyanatda atəşin erməni tərəfindən açıldığının qeyd olunmaması təəssüf doğurur. Həmçinin qeyd olunur ki, bu, Ermənistan tərəfini sözügedən hadisəyə və bir çox digər təxribatlara görə məsuliyyətdən heç də azad etmir.
Materialda məlumat verilir ki, 2015-ci ilin yanvar ayından Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və təxribat halları daha da artıb. Qadın və uşaqlar da daxil olmaqla, bir çox mülki vətəndaşlar öldürülüb və yaralanıb. Bu ilin sentyabrında Nyu-Yorkda münaqişənin tənzimlənməsi ilə bağlı keçirilən danışıqların növbəti mərhələsi ərəfəsində Ermənistan atəşkəsin pozulmasını dəfələrlə artırıb, Azərbaycanın mülki əhalisinin məskunlaşdığı bölgələr ağır silahlarla hədəfə alınıb.
Məqalədə qeyd olunur ki, 2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri arasında Fransa prezidenti tərəfindən təşkil edilmiş növbəti danışıqlardan dərhal sonra Ermənistan ordusu Azərbaycanın işğal olunan ərazilərində irimiqyaslı təlimlərə başlayıb. İşğalçı ölkəyə məxsus iki helikopter Azərbaycanın hava sərhədini pozaraq Azərbaycan ordusunun mövqelərinə yaxınlaşıb və hücum manevri edib. Nəticədə Azərbaycan ordusu helikopterlərdən birini vurmağa məcbur olub.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

