/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru ilə görüşüb
13.11.2015 [10:00]
Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyətini salamlayıblar.
Görüşdə Mehriban Əliyeva Heydər Əliyev Fondunun nəinki ölkəmizin, o cümlədən regionun ən böyük və ən fəal qeyri-hökumət təşkilatlarından biri olduğunu bildirib. Birinci xanım Mehriban Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondunun fəaliyyətində sosial problemlər, xüsusilə də ailə, qadın və uşaq problemləri prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun 2008-ci ildən BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Azərbaycanın birinci xanımı vurğulayıb ki, tarix boyu ölkəmizdə qadınlar ictimai-siyasi həyatda fəal rol oynayıblar və mühüm yer tutublar.
“Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib”, - deyən Heydər Əliyev Fondunun prezidenti bu gün də Azərbaycan qadınlarının müxtəlif sahələrdə fəal rol oynadıqlarını bildirib. Müasir dünyanın çağırışları ilə yeni layihələr həyata keçirməyin zəruriliyini vurğulayan birinci xanım Mehriban Əliyeva məişət zorakılığına son qoymaq sahəsində ölkəmizdə görülən işlərdən danışıb. Qadınlara qarşı zorakılığa son qoyulmaqla yanaşı, onlara sosial dəstək və reabilitasiya tədbirlərinin vacibliyinə toxunan Mehriban Əliyeva ölkəmizdə bu istiqamətdə konkret layihələrin icra olunduğunu, regionlarda reabilitasiya mərkəzlərinin açıldığını söyləyib.
Azərbaycanın birinci xanımı BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığa təkan verəcəyinə əminliyini vurğulayıb və Heydər Əliyev Fondunun əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduğunu deyib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Babatunde Osotimehin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan böyük şərəf hissi duyduğunu söyləyib. BMT rəsmisi Heydər Əliyev Fondunun fəaliyyətinin uca amallara və məqsədlərə xidmət etdiyini məmnunluqla vurğulayıb.
Görüşün sonunda Babatunde Osotimehin Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nin Əhali Fondunun xatirə diplomunu və hədiyyəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20

