Əli Əhmədov: Azərbaycanın 2016-cı ildə Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik olmayacaq
29.12.2015 [09:42]
“Azərbaycanın 2016-cı ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmayacaq. Azərbaycan mövqeyində kardinal dəyişiklik etmədən münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirəcək”.
Bunu “Dailykarabakh”a eksklüziv açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi aydındır: “Torpaqların geri qaytarılması, vətəndaşlarımızın öz yurd-yuvalarına dönməsinin təmin edilməsi Azərbaycan üçün birmənalı dəyərlərdir və bu dəyərlər dəyişilməzdir. Danışıqlar prosesində xırda taktiki dəyişikliklər mümkün olsa da, prinsipial mövqeyimiz dəyişməzdir”.
Baş nazirin müavini deyib ki, Minsk qrupu ədalətin bərpa olunması, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün səmərəli fəaliyyət göstərə bilməyib. Ancaq Azərbaycan danışıqlar prosesindən son ana qədər istifadə etməklə prinsiplərindən geri çəkilməyəcək. Əli Əhmədov son vaxtlar cəbhədə yaranan gərginliyə də münasibətini bildirib: “Cəbhə xəttində Ermənistan hərbçilərinin təxribat cəhdlərinin artması Azərbaycan Milli Ordusunun güclənməsi ilə əlaqədardır. Düşmən Azərbaycanın mövqelərini yoxlamaq üçün təxribatlara əl atır. Hər dəfə də Azərbaycan Ordusundan layiqli cavabını alıb”.
Ə.Əhmədov həmçinin vurğulayıb ki, cəbhədə gərginliyin artması geopolitik vəziyyətlə də bağlıdır: “Regionda baş verən proseslər də bütövlükdə gərginliyin artmasına gətirib çıxarıb. Digər maraqlı tərəflər də bu proseslərdən faydalanmağa çalışırlar”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44

