İşini başa çatdırmayan şəxsə eks-prezident statusu verilə bilməz
14.04.2009 [17:17]
Yeni Azərbaycan Partiyası eks-prezidentlər haqda qanunun qəbuluna və eks-prezident statusunun verilməsinə tərəfdardır. “Media forum” saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov belə deyib.
S.Novruzov hesab edir ki, bu, bütün dünya praktikasında olduğu kimi şərtlər əsasında reallaşdırılmalıdır: “Kim eks-prezident hesab oluna bilər və olunmalıdır məsələsi aydınlaşdırılmalıdır. Qanun hazırlanıb müzakirəyə çıxarılanda öz təkliflərimizi verəcəyik”.
Mərhum Əbülfəz Elçibəy və hazırda Moskvada yaşayan Ayaz Mütəllibova eks-prezident statusunun verilməsinə YAP-ın münasibətinə gəlincə, S.Novruzov deyib: “Dünya praktikasında o şəxslərə eks-prezident statusu verilir ki, Konstitusiya ilə müəyyən edilən müddətdə - bir, iki və ya üç dəfə prezident seçilir, vəzifə səlahiyyətlərini başa çatdırır. Ya da vəzifə səlahiyyətlərini həyata keçirdiyi müddətdə vəfat edir, səhhəti və digər səbəblərə görə vəzifə səlahiyyətlərini yerinə yetirə bilmədiyi hallarda istefa verir. Dünya praktikası bundan ibarətdir. Biz də dünya praktikasını nəzərə alıb bunu həyata keçirəcəyik”.
YAP rəsmisi deyib ki, vəzifə səlahiyyətlərini həyata keçirdiyi dövrdə cinayət törədən, o cümlədən bu və digər formada vətənə xəyanət edən, başqa məsələlərdə ittiham olunan şəxslərə eks-prezident statusu verilmir: “Prezidentlər öz vəzifələrinin icrasına başlamamışdan əvvəl Azərbaycan Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq xalqın bütün taleyüklü məsələlərində, o cümlədən ən çətin vaxtlarında onunla birlikdə olub xalqın maraqlarını müdafiə etməklə bağlı and içirlər. Konstitusiyaya görə, bu and pozulduğu halda konstitusion norma pozulur. Belədə kiməsə eks-prezident statusunun verilməsi Azərbaycan Konstitusiyasının pozulması deməkdir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28

