Azərbaycanın daxili və xarici siyasət kursu milli maraqlara əsaslanır
12.02.2016 [09:57]
Prezident İlham Əliyev: Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir
Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir.
Dünya siyasətinin gələcəyinə təsir edən iqtisadi böhran isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə, həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Dolayısıyla, siyasi-iqtisadi böhran müasir dünyanın əsas problemi kimi çıxış edir. Belə olan şəraitdə milli dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmələri daha çox strateji əhəmiyyət kəsb edir.
Siyasi sabitlik və iqtisadi tərəqqi milli inkişaf kontekstində strateji faktorlar kimi...
Bu kontekstdə qeyd etmək lazımdır ki, milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyət ünsürlərindən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, daxili və xarici siyasət kursunun səmərəlilik səviyyəsidir (bir çox araşdırmaçılar bunu milli hökumətin keyfiyyəti kimi səciyyələndirirlər). İdarəetmə strategiyasını rasional prinsiplər, meyarlar əsasında reallaşdıran milli dövlətlər ictimai-siyasi sabitliyin yüksək səviyyədə təşkil edildiyi və ardıcıl səciyyə daşıdığı subyektlər qismində çıxış edirlər. İdarəetmə strategiyasının səmərəliliyi dedikdə isə, təbii ki, iqtisadi, siyasi, mədəni, sosial, humanitar və digər sahələrdə ümummilli mənafeyin təmin olunmasına istiqamətlənmiş siyasi kursun həyata keçirilməsi sayəsində əldə edilmiş tərəqqi meyilləri və bunun əsasında duran effektiv nəticələr nəzərdə tutulur. Vətəndaşların maddi rifah halının, həyat şəraitinin daim yaxşılaşdırılması istiqamətində görülən fundamental tədbirlər - sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq səviyyəsinin artırılması, eləcə də sosial-siyasi həyatın və təsisatların legitimləşdirilməsi, təsisatlanma prosesinin konstitusion əsasda reallaşdırılması, siyasi-hüquqi islahatların mütəmadi surətdə həyata keçirilməsi kimi təməl faktorlar ictimai-siyasi sabitliyin və ümummilli inkişafın qarantı qismində çıxış edir.
Azərbaycan sabitlik adasıdır
Yuxarıda sadalanan faktorları və meyarları nəzərə alaraq qeyd edə bilərik ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir.
Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir: “Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin”.
Eyni zamanda, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi ictimai-siyasi təhlükəsizliklə bərabər, milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 12 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir.
Xalq-iqtidar birliyi Azərbaycanın milli gücünün artmasında ifadə olunur
Bunlarla yanaşı, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.
Bəhs olunan çıxışı zamanı bu məsələlərə toxunan dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır: “Bir daha demək istəyirəm ki, xalqımızın milli həmrəylik, vahid amal ətrafında birləşməsi, düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu reallığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir və deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir”.
Etibarlı təhlükəsizlik və sabitlik mühiti dinamik inkişafa təkan verir
Digər tərəfdən, hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Buna paralel olaraq təhlükəsizlik mühitinin təmin və mühafizə olunması istiqamətində ardıcıl tədbirlər ictimai-siyasi sabitliyin davamlılığını şərtləndirir. Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, dinamik inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri də etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Bütövlükdə, rasional daxili və xarici siyasət kursu sayəsində siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.
Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.
Azərbaycanın mövqeyi suverenlik prinsipinə əsaslanır
Azərbaycanın milli təhlükəsizliyindən, mövcud ictimai-siyasi sabitlikdən bəhs edərkən həyata keçirilən siyasətin milli maraqlara uyğun olmasının da ayrıca strateji faktor olduğunu bildirmək gərəkdir. Ümumiyyətlə, ölkəmizin daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur. Prezident İlham Əliyev cari il yanvarın 29-da Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündəki nitqində diqqətə çatdırıb ki, “Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar”.
Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir
Beləliklə, sadalananlar deməyə əsas verir ki, son 12 il ərzində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttinin uğurla davam etdirilməsi Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsini, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasını təmin edib. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.
Bir sözlə, Azərbaycan dinamik inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir. Bununla yanaşı, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlik və iqtisadi tərəqqisi ilə milli dövlətlər üçün pozitiv nümunə - örnək qismində çıxış edir. Bu zamana qədər əldə edilən nailiyyətlər isə beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40

