/ / Ermənistan həmişə olduğu kimi, bu dəfə də danışıqlar prosesini yalnız özü bildiyi formada təhrif edib
Ermənistan həmişə olduğu kimi, bu dəfə də danışıqlar prosesini yalnız özü bildiyi formada təhrif edib
15.04.2016 [10:12]
Ermənistan tərəfi həmişə olduğu kimi, bu dəfə də danışıqlar prosesini yalnız özü bildiyi formada təhrif edib. Danışıqlar prosesinin mahiyyətinin təhrif edilməsi və birtərəfli qaydada təqdim edilməsi cəhdləri Ermənistanın münaqişənin həllinə qeyri-ciddi və destruktiv yanaşmasının daha bir göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişə tərəfi olan Ermənistan və Azərbaycanın razılığı ilə ATƏT-in baş katibinin depozitarisinə təqdim olunan sənədin, bu xüsusda yenilənmiş Madrid Prinsiplərinin qüvvədən düşdüyünü iddia etmək hər hansı məntiqə sığmır. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətə bəllidir.
Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir. Bu prinsiplər əsasında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamaq üçün Azərbaycan hazırlığını dəfələrlə ifadə edib.
“Aprelin 2-dən Ermənistanın qoşunlarının təmas xətti boyunca başladığı təxribat və hərbi avantüra bir daha nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Bu, eyni zamanda, regionda sülhün nə qədər kövrək olduğunu göstərdi”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Nazir vurğulayıb ki, çox güman, Ermənistanda bəzi şəxslər regionun hələ də keçən əsrin 90-cı illərində olduğunu düşünür. Region əsaslı dərəcədə dəyişib. Göründüyü kimi, Ermənistandan fərqli olaraq, Azərbaycanın timsalında region ölkələri beynəlxalq və regional səviyyədə daha yetkin siyasi və iqtisadi siyasət yürüdürlər.
Elmar Məmmədyarov deyib ki, Ermənistan rəhbərliyi öz işğalçı qoşunlarının nə qədər tez işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu dərk edərsə, regionda sülh və sabitlik bir o qədər tez təmin oluna bilər.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20

