ABŞ səfirinə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib
18.06.2016 [11:19]
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta iyunun 17-də Tərtər şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonağa cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə yüzlərlə evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
İşğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə ermənilər suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.
Sonra səfir ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzinə gəlib.
BAMF-ın sədri Umud Rəhimoğlu qurumun müharibədən zərər çəkən regionlarda həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərər çəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməklə, yeni iş yerləri ilə təmin etməkdir. Təlim Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, tinglik, kompyuter, kənd təsərrüfatı, sahibkarlıq, çörəkbişirmə və digər peşələrə yiyələnirlər.
Səfiri Robert Sekuta daha sonra Peşə Təlimi Mərkəzində təlimlərə cəlb edilən uşaqlarla görüşüb, söhbət edib, onların suallarını cavablandırıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin icraçı direktoru Qəzənfər Əhmədov səfirə qurumun fəaliyyəti, cəbhəyanı ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi sahəsində görülən işlər barədə məlumat verib.
ABŞ səfiri jurnalistlərə müsahibəsində bildirib ki, səfərdən məqsəd bölgədə yaşayan insanların yaşayışı, onları narahat edən məsələlərlə, həmçinin Birləşmiş Ştatların maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə tanış olmaqdır.
Qeyd edək ki, amerikalı diplomat iyunun 16-17-də Yevlax, Goranboy, Naftalan və Bərdədə də səfərdə olub.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

