Ədliyyə Nazirliyində AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirilib
14.01.2017 [10:01]
Ədliyyə nazirinin müavini Azər Cəfərov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması istiqamətində aparılan işlərdən, o cümlədən müvafiq Fəaliyyət Planının icrası üzrə tədbirlərdən danışılıb. Həmçinin, məhkəmə-hüquq sistemindəki yeniliklərdən, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsindən, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsindən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən bəhs olunub, hakimlərin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçiminə toxunularaq hazırda növbəti seçimin aparılması və uğur qazanmış namizədlərin sonrakı mərhələyə - uzunmüddətli tədrisə buraxılması barədə məlumat verilib.
Bildirilib ki, hakimlərin və hakimliyə namizədlərin tədrisinə mühüm önəm verilərək bu sahədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə fəal əməkdaşlıq edilir, Avropa hakimləri mütəmadi keçirilən treninqlərdə iştirak edir, Məhkəmənin presedentlərinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda, Avropa Şurası ilə birgə müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.
Ölkəmizin məhkəmə-hüquq sistemindəki islahatları məmnunluqla qarşılayan həmməruzəçilər, həmçinin vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlərə maraq göstərib, bu sahədə Avropa Şurası ilə birgə həyata keçirilən “Vətəndaş Cəmiyyəti Dialoqu” layihəsinin əhəmiyyətini qeyd ediblər.
Söhbət zamanı əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb, ictimai iştirakçılığın təşviqi, mediasiya institutunun, probasiya xidmətinin tətbiqi və digər məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.
Görüşdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri xanım Draqana Filipoviç və ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komitə sədri Səməd Seyidov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41

