Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

20.01.2017 [09:54]

Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova əvvəlcə 2016-cı il payız sessiyası dövründə görülən işlər və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə komitəyə 849 sənəd daxil olub. Bu dövrdə komitə sədri tərəfindən 114 vətəndaş qəbul edilib. Layihə və ərizələrə baxılması üçün komitənin adından müvafiq orqanlara 447 məktub göndərilib. 2016-cı ilin payız sessiyası ərzində komitənin iki iclası keçirilib və 5 məsələ müzakirə olunub. Üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. Belə ki, “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlarda dəyişikliklər və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
Daha sonra komitənin 2017-ci il yaz sessiyası üçün tədbirlər planı barədə müzakirələr aparılıb.
Deputatlar komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, yaz sessiyasının iş planını təsdiqləyiblər. Vitse-spiker qarşıdakı sessiya müddətində komitədə ölkə Prezidentinin Sərəncamına əsasən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması, Xocalı soyqırımının 25 illiyi, 1 iyun - Uşaqları Müdafiə Günü, 18 iyun - Milli İnsan Hüquqları Günü ilə əlaqədar və digər bir sıra tədbirlər keçiriləcəyi barədə ətraflı məlumat verib.
İclasda, həmçinin “İnformasiya əldə etmək haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.
Qeyd edilib ki, bu dəyişikliyin məqsədi publik hüquqi şəxslərin informasiya əldə etməsi ilə bağlı fəaliyyətlərin tənzimlənməsindən ibarətdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30