Sue Li: AZƏRTAC-ın Çin dilində xəbərlər yayması təqdirəlayiqdir
08.04.2017 [12:18]
Azərbaycanın əsas informasiya agentliyi olan AZƏRTAC-ın Çin dilində xəbərlər yayması təqdirəlayiqdir və bunun bizim üçün çox böyük önəmi var.
Bu sözləri Çin Xalq Respublikası Sincan-Uyğur Muxtar Rayonu Xarici İşlər İnstitutunun baş katibi Sue Li aprelin 7-də AZƏRTAC-da keçirilən görüşdə deyib.
Görüşdə baş direktor Aslan Aslanov Azərbaycan ilə Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimizin iştirakı ilə Asiya və Avropanı birləşdirən nəhəng layihələrin reallaşdırıldığını bildirib. AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə həm Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), həm də ikitərəfli qaydada sıx əməkdaşlıq etdiyini qeyd edən baş direktor hazırda tərəflərin yeni müqavilə imzalamaq istiqamətində danışıqlar apardığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, Azərbaycan və Çin hökumətlərinin razılığı əsasında AZƏRTAC ilə Çinin Dövlət Xəbərlər və Mətbuat Şurası arasında əməkdaşlığın qurulması məqsədilə iş aparılır.
“AZƏRTAC-ın Çin dilində xəbərlər yayması bizi çox sevindirir”, - deyən Sue Li KİV-lərin ölkələr arasında əlaqələrin formalaşmasında böyük rol oynadığını qeyd edib. O, agentliyin Bakıda fəaliyyət göstərən Konfutsi İnstitutu ilə səmərəli fəaliyyətinin artıq öz bəhrəsini verdiyini, AZƏRTAC-ın əməkdaşlarının Çin dilini öyrənməyə göstərdikləri marağı yüksək qiymətləndirdiyini vurğulayıb. Sue Li agentliyin onun təmsil etdiyi institut ilə də əməkdaşlığının qurulması üçün birgə çalışmağa hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə AZƏRTAC-ın hazırda sədri olduğu Dünya Xəbər Agentlikləri Konqresi və OANA haqqında qonaqlara məlumat verilib. Eyni zamanda, Çinin Xarici İşlər İnstitutu ilə kadr mübadiləsi, birgə layihələrin reallaşdırılması, agentliyin saytının Çin dilində bölməsinin Urumçidə təqdimatının keçirilməsi, çinli tələbələrin AZƏRTAC-da təcrübə keçməsi, habelə Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Çinin “Huanqiu” və “China News Service” xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Qərbi Asiyada iqtisadi məlumatların mübadiləsi üzrə komissiyanın üzvü Ma Nin, Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru Luo Siaocı və institutun əməkdaşı Cın Çun Şiao görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

