Azərbaycan və Özbəkistan xalqları arasında tarixən dostluq münasibətləri mövcuddur
01.07.2009 [11:42]
Dünən Yeni Azərbaycan Partiyasının qərargahında YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Bakıda səfərdə olan özbəkistan Gənclərinin “Kamolot” İctimai Hərəkatının Mərkəzi Şurasının sədri Akrom Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Əli Əhmədov bildirib ki, Azərbaycan və özbəkistan xalqları arasında tarixən dostluq münasibətləri mövcuddur. Onun sözlərinə görə, Mərkəzi Asiya regionunun inkişaf edən ölkəsi kimi özbəkistan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla yeni mərhələdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir: “Dövlət başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə əlaqələrin dərinləşdirilməsinə öz töhfəsini verir. Azərbaycan-özbəkistan münasibətlərinin hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.
YAP Sədrinin müavini vurğulayıb ki, hər iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən xeyli sənədin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Əməkdaşlığın genişləndirilməsi hər iki xalqın mənafelərinə xidmət edir. Hər iki dövlət regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin tərəfdarı olduğunu atdığı hər bir addımında təsdiqləyir. “Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. 2004-cü ildən Azərbaycan və özbəkistan dövlətləri arasında siyasi münasibətlərin inkişafında yeni üfüqlər açıldı. Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri bir daha göstərdi ki, hər iki ölkə mövcud potensialdan lazımi səviyyədə istifadə etməkdə maraqlıdır” deyən Əli Əhmədov xatırladıb ki, Prezident İlham Əliyevin özbəkistana rəsmi səfəri zamanı Daşkənddə ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzinin və dahi şairimiz Nizami Gəncəvinin büstünün açılışı oldu. Bu fakt bir daha dövlətlərimiz, xalqlarımız arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini sübuta yetirir.
“Azərbaycan və özbəkistan dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində prinsipial məsələlərdə də bir-birilərini dəstəkləyirlər” söyləyən Ə.Əhmədov bildirib ki, BMT Baş Assambleyasının ötən il keçirilən iclasında Dağlıq Qarabağla bağlı qətnamənin müzakirəsində özbəkistan tərəfi birmənalı olaraq Azərbaycanı dəstəklədi. YAP Sədrinin müavini qonağa ölkəmizin ictimai-siyasi həyatında böyük rola malik olan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışaraq qeyd edib ki, bu gün sıralarında 500 min nəfərə yaxın üzvü birləşdirən YAP ölkədə keçirilən bütün seçki proseslərində böyük uğurlar qazanıb. Bu da xalqın YAP-ın yaradıcısı, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideyalarına, həyata keçirilən siyasətin gələcəyinə böyük inamın göstəricisidir. Onun sözlərinə görə, YAP-ın sıralarında birləşən üzvlərin böyük əksəriyyətini gənclər təşkil edir.
Əli Əhmədov ölkələr arasında əməkdaşlığın inkişafında siyasi partiyaların böyük rol oynadığını xüsusi vurğulayaraq deyib ki, YAP beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Partiyanın Ukrayna, Rusiya, Qazaxıstan və digər ölkələrin siyasi partiyaları ilə əməkdaşlığı yüksək səviyyədədir.
özbəkistan Gənclərinin “Kamolot” İctimai Hərəkatının Mərkəzi Şurasının sədri A.Alimov iki dost, qardaş ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə fəaliyyətin vacibliyini qeyd edib. ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığı yüksək qiymətləndirən qonaq bu əlaqələrin daha da genişləndirilməsi üçün siyasi partiyaları fəal olmağa çağırıb. O, bildirib ki, Bakıda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsinin ucaldılması Azərbaycan və özbək xalqları arasında mədəni, tarixi əlaqələrin müasir mərhələdə yüksək səviyyədə davam etdirildiyini bir daha təsdiqləyir: “ölkələrimiz arasında bütün sahələrdə inkişaf edən əlaqələr qarşıda daha yeni perspektivlər açır. Azərbaycan və özbəkistan arasında münasibətlərin mövcud səviyyəsi göstərir ki, hər iki xalq tarixən formalaşmış əlaqələrin davamlı inkişafında maraqlıdır”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

