Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ziyafət Əsgərov: Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

Ziyafət Əsgərov: Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

31.05.2017 [10:09]

Tbilisidə NATO PA-nın yaz sessiyasında iştirak edən Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə müsahibə verib.
Ziyafət Əsgərov deyib ki, sessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrinin iclasları keçirilib. Bu iclaslarda Suriyada və İraqda müharibənin humanitar aspektləri, Sosial Media İnqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara Dəniz regionunda sabitliyin inkişafı, Ballistik raketdən müdafiə və NATO, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, İqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvləri bu iclaslarda çıxış edib, müzakirə olunan məsələlərə münasibət bildiriblər: “Biz çalışdıq ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, bununla belə üzləşdiyi problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandıraq. Müzakirələr zamanı biz Ermənistanın regiondakı pozuculuq fəaliyyəti, ballistik raketlərlə silahlanması və bunun təkcə region üçün deyil, bütövlükdə NATO üçün yaratdığı təhlükə barədə ətraflı məlumatlar verdik. Bəzi hallarda biz Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bildik”.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30