İsrail portalında fransalı blogerin Azərbaycandakı yəhudi icması haqqında məqaləsi dərc olunub
12.10.2017 [10:15]
Ötən həftə Azərbaycanda səfərdə olan fransalı jurnalist-bloger Conatan-Simon Sellemin İsrailin “JSSnews” portalında “Azərbaycan - yəhudilərin Sukkot bayramını tam təhlükəsiz şəraitdə qeyd etdikləri müsəlman ölkəsi!” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC yəhudilərin Azərbaycanda mövcudluğunun tarixindən, ölkədəki multikultural mühitdən və ibadət azadlığından, Azərbaycan-İsrail münasibətlərindən bəhs olunan məqalənin xülasəsini təqdim edir.
Müəllif qeyd edir ki, əhalisinin 97 faizinin müsəlmanlardan ibarət olduğu Azərbaycanda multikultural mühit hökm sürür və bütün dinlərin nümayəndələri, o cümlədən yəhudilər öz ibadətlərini sərbəst şəkildə və təhlükəsiz şəraitdə yerinə yetirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycanda insanlar xoşbəxt yaşayırlar. Burada asayiş tam təmin olunub.
Ölkədə mövcud olan yəhudi icmasının tarixinə nəzər salan Conatan-Simon Sellem bildirir ki, Azərbaycanda yəhudilər təkcə ultra-müasir Bakıda deyil, həm də paytaxtdan 170 kilometr şimalda yerləşən Quba rayonunda yığcam yaşayırlar.
ABŞ-ın Demokratiya və İnsan Hüquqları Bürosunun 2005-ci ildə açıqladığı antisemitizm hesabatına diqqət çəkən fransalı bloger yazır ki, bu sənəddə də Azərbaycanda yəhudilərə qarşı heç zaman ayrı-seçkilik halları olmadığı qeyd edilir. Azərbaycandakı yerli yəhudi icması da ölkədə onlarla bağlı heç bir problemin olmadığını bildirib.
Müəllif vurğulayır ki, Azərbaycanda hökm sürən tolerantlıq mühiti ölkədə aparılan siyasət nəticəsində daha da möhkəmlənib. Azərbaycanda yəhudilərə olan tolerant münasibət Qərbi Avropa ölkələrində çox nadir hallarda müşahidə edilir. Hətta Azərbaycanın Albert Aqarunov və Boris Vannikov kimi yəhudi milli qəhrəmanları da var. Amma Azərbaycanda parlayan yalnız generallar və əsgərlər olmayıb. Mədəniyyət xadimləri Ella Leya, Lala Hasanova, Lev Nusinbaum, Yaqutiv Mişiyev, Sarit Haddad, qrossmeyster Harri Kasparov, memar Mişa Blak, rejissor Yuri Qusman və başqaları Azərbaycandakı yəhudi icmasının nümayəndələridir.
Azərbaycanda yəhudilərin öz milli və dini bayramlarını tam təhlükəsiz şəraitdə qeyd etdiklərini yazan jurnalist oxucuların diqqətinə çatdırır ki, oktyabr yəhudi bayramlarının bol olduğu aydır. Ona görə də indi Bakıdakı Yəhudi Mədəniyyət Mərkəzində izdiham var, burada uşaqlar və qadınlar üçün fəaliyyət sahələri yaradılıb.
Azərbaycanda dövlət qeydiyyatından keçən bir neçə yəhudi icmasının olduğunu bildirən Conatan-Simon Sellem əlavə edir ki, ölkədə paytaxt Bakıdakı beş icmadan başqa, Qubada, Sumqayıtda və Oğuzda da belə icmalar mövcuddur.
İsrail-Azərbaycan münasibətlərinə toxunan müəllif yazır ki, bu ölkələr arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1993-cü ildə Bakıda İsrail səfirliyi, 2008-ci ildə isə İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. İsraildə azərbaycanlı, Azərbaycanda isə yəhudi deputatlar fəaliyyət göstərirlər. Ölkələr arasında ticarət dövriyyəsi 2009-cu ildən bəri xeyli artıb və bu, Bakı ilə Təl-Əviv arasında birbaşa hava əlaqəsinin yaradılmasına gətirib çıxarıb.
Conatan-Simon Sellem məqaləsini bu fikirlərlə bitirir: “İsrail vətəndaşlarının Parisə gələrkən tanınmamaq üçün ingilis dilində danışmağı üstün tutduqlarını biləndə, öz-özünə deyirsən ki, Bakıya gedib orada bir həftə qalmağa dəyər”.
Xəbər lenti
Hamısına baxHərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03

