Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var
19.10.2017 [10:23]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlər, habelə müqavilə-hüquq bazası və baxılmaqda olan sənədlərin vəziyyətinə nəzər salınıb və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlər qurulmasının 25 illiyi qeyd edilir və bununla əlaqədar xarici işlər nazirləri arasında qarşılıqlı təbrik mübadiləsi həyata keçirilib.
Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin iyununda Polşaya rəsmi səfərinin və tərəflər arasında əldə olunmuş razılaşmaların, xüsusən də strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanmasının əhəmiyyəti qeyd edilib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən danışan Vitold Vaşçikovski hər iki ölkə arasında yüksək səviyyəli siyasi təmasları yüksək qiymətləndirib.
Nazirlər iki ölkə arasında Hökumətlərarası birgə Komissiyanın, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinə, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrə toxunublar, müxtəlif formatlarda əməkdaşlıq formalarının intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı, xüsusən də Şərq Tərəfdaşlığı proqramı, NATO, ATƏT, habelə Vişeqrad qrupu çərçivəsində əməkdaşlığı təqdir ediblər.
Nazirlər regional enerji və nəqliyyat layihələrini, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən neft və qazın Avropaya nəqli, eyni zamanda, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlüklərini müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyinə görə Polşa tərəfinə minnətdarlıq edib.
Görüşdə vurğulanıb ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyi qeyd olunacaq və bu xüsusda, bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi üçün birgə fəaliyyət proqramı üzərində iş gedir. Eyni zamanda, Polşa Prezidenti Andjey Dudanın Azərbaycana səfər edəcəyinə dair məlumat verilib.
Nazirlər humanitar, turizm, mülki aviasiya və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq, o cümlədən Yaxın Şərqdəki vəziyyət və miqrant məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Sonra nazirlər görüşün yekunlarına dair birgə mətbuat konfransı keçiriblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

