Avronest Parlament Assambleyasının 7-ci sessiyasında “ASAN xidmət” modeli təqdim olunub
29.06.2018 [09:55]
İyunun 24-dən 28-dək Avronest Parlament Assambleyasının 7-ci sessiyası keçirilib.
Plenar sessiyada Azərbaycandan deputatlardan ibarət nümayəndə heyəti, digər üzv dövlətlərin nümayəndələri, Avropa İttifaqının bir sıra qurumları, beynəlxalq və yerli QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Brüsseldə keçirilən sessiya çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik çağırışları, insan hüquqları və demokratiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, bu ölkələrə xarici investisiyaların qoyulması, qeyri-rəsmi əmək məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.
Sessiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” modeli və “ASAN xidmət” çərçivəsində reallaşdırılmış layihələrlə bağlı məlumat verilib. Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.
Daha sonra sessiyada müzakirə olunan mövzulara toxunularaq bildirilib ki, müzakirə mövzusu olan məsələlərlə bağlı daimi olaraq Azərbaycanda müsbət yöndə islahatlar aparılır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi sessiyada müzakirə olunan qeyri-rəsmi əmək məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yaradılıb. Mərkəz əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirir.
Sonda Dövlət Agentliyi tərəfindən vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatlar çərçivəsində həyata keçirilən “ASAN Viza”, “ASAN kommunal”, “ASAN ödəniş”, “ASAN Radio”, “ABAD” və s. layihələr haqqında geniş məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

