Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

24.10.2018 [09:27]

Son vaxtlar ölkədə tətbiq olunan Elektron hökumət konsepsiyasının tələblərinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının rəsmi internet saytında (www.cabmin.gov.az) yeni struktur dəyişiklikləri aparılıb. Sayt daha da təkmilləşdirilərək, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib və onun ən son internet texnologiyaları əsasında mükəmməl dizaynı hazırlanıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə saytda daha bir yenilik olub. Belə ki, saytın rus dilində versiyası da fəaliyyətə başlayıb. Bununla da Nazirlər Kabinetinin saytı dövlət qurumları arasında xarici dillərdə də bölməsi olan qurumların siyahısına əlavə olunub. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında hökumətlərin rusdilli informasiya resursunun olması xüsusi əhəmiyyət daşıyır. İndiyədək MDB məkanında yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin rus dilində internet saytı mövcud deyildi.
Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir.
Həmçinin bütün bunlar barədə indi “Twitter” sosial şəbəkəsindən də operativ məlumat əldə etmək mümkündür. Hazırda Nazirlər Kabinetinin “Twitter” səhifəsindən (@AzerbaijanNK) 3 dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31