/ / Prezident İlham Əliyevin xarici səfərləri və əldə edilən razılaşmalar uğurlu siyasi kursun mühüm nəticələridir
Prezident İlham Əliyevin xarici səfərləri və əldə edilən razılaşmalar uğurlu siyasi kursun mühüm nəticələridir
23.11.2018 [09:05]
Bu gün Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu mənada ölkələrimiz arasındakı siyasi, iqtisadi, hərbi və s. sahələri əhatə edən əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Belarusa son rəsmi səfəri bir daha bu reallığı əks etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan və Belarus beynəlxalq təşkilatlar müstəvisində hər zaman bir-birlərinə dəstək verir, qarşılıqlı hörmət və dostluq əlaqələrini daha da möhkəmləndirirlər: “Dövlətimizin başçısı Belarus Prezidenti ilə görüşündən sonra mətbuata verdiyi bəyanatda da bu məsələlərə xüsusi diqqət yönəldib. “Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik”, - deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Belarusun mövqeyinə görə Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib. Elə səfər zamanı imzalanan Birgə Bəyanatda dəqiq qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz həllini tapmalıdır. Bu amil bir daha nümayiş etdirir ki, Belarus ədalətli, beynəlxalq hüququn normalarına uyğun mövqe nümayiş etdirir, Azərbaycana yaxın, dost ölkə kimi milli maraqlarımıza böyük hörmətlə yanaşır”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan-Belarus münasibətlərində iqtisadiyyat və hərbi-texniki əməkdaşlıq xüsusi önəm kəsb edir: “Təsadüfi deyil ki, səfər çərçivəsində “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”i və s. sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlığın yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyili var. Bəzi statistik rəqəmlərə diqqət yetirsək, iqtisadi əlaqələrimizin də yüksək səviyyədə olduğunu görərik. Belə ki, ötən 11 ildə Gəncə avtomobil zavodunda 10 mindən çox “Belarus” traktoru və xüsusi texnika yığılıb. Bununla yanaşı, 3500-dən çox MAZ avtomobili və qoşqular buraxılıb. Həmçinin ötən il Minskdə Azərbaycan Ticarət Evi açılıb. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, məhsullarımızın ixracının genişləndirilməsində uğurlu fəaliyyət göstərir”.
Vüqar Rəhimzadə əlavə edib ki, beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir: “Prezident İlham Əliyevin Türkmənistana səfəri də faydalı əməkdaşlığın nümunələrindən biridir. Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir”.
“İki sahil” qəzetinin baş redaktoru onu da bildirib ki, Azərbaycan-Türkmənistan münasibətlərinin zəngin tarixi var: “Bu münasibətlər həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyətli münasibətlər səviyyəsinə çatıb. Aramızda fəal siyasi dialoq mövcuddur. Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Azərbaycan artıq güclü dövlətlər sırasında yer alıb. Şübhəsiz ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında bu mövqeyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcək. Bu mənada Prezident İlham Əliyevin xarici səfərləri və əldə edilən razılaşmalar uğurlu siyasi kursun mühüm nəticələridir”.
Xəbər lenti
Hamısına baxElm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15

