/ / Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
20.02.2019 [10:06]
Fərqli və uğurlu inkişaf modeli, müasir və daha çevik idarəetmə mexanizmi, vətəndaşlara ən yüksək səviyyədə diqqət və qayğı... Və daha nələr-nələr. Sadaladığımız bu və digər faktlar bugünkü Azərbaycanın reallıqlarıdır. Ölkəmizlə bağlı daxildə və xaricdə baş verən hadisələr həqiqətən də təqdirəlayiqdir və xalq tərəfindən böyük rəğbətlə qarşılanır.
Heydər Əliyev siyasətinin, Prezident İlham Əliyevin 15 illik siyasi fəaliyyətinin müstəqil Azərbaycanın inkişafında müstəsna yeri və rolu var. Sadəcə, bir neçə statistik rəqəmə diqqət yetirmək kifayətdir. Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,3, maaşlar 7, pensiyalar 9, valyuta ehtiyatları 24 dəfə artıb, işsizlik və yoxsulluğun həddi 5 faizə enib. Bununla yanaşı, 102 məcburi köçkün düşərgəsi salınıb, 300 min məcburi köçkün müasir yaşayışla təmin edilib, şəhid ailələrinə 7 minə yaxın mənzil, müharibə əlillərinə 6 mindən çox maşın verilib. Sözsüz ki, yüzlərlə, minlərlə bu kimi faktlar sadalamaq olar. Sadəcə, illərdir özünü xalqa müxalifət kimi təqdim edən, əslində isə xarici anti-Azərbaycan dairələrə işləyən Əli Kərimli və onun kimi qrant hərisləri bu gerçəklikləri görməyərək nadürüst əməllərindən əl çəkmirlər. Ona görə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən mükəmməl islahatların və əldə olunan uğurların daxili antimilli ünsürləri narahat etməsi “başadüşüləndir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, dünya dəyişir, inkişaf edir. Bu mənada Azərbaycan da öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Təbii ki, müasir dövrün çağırışlarına uyğun islahatlar həyata keçirmək daha aktualdır. Ölkə rəhbərliyi bunu görür və gələcək planlar, strategiyalar bu aktuallığa uyğun olaraq qurulur, müəyyən edilir. Əli Kərimli kimilərin ölkəmizlə bağlı “planları” isə hər zaman xaricdə qurulur və ona tezis formasında ötürülür. Təbii ki, bu “planlar” Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Ə.Kərimli günbəgün yeniləşən və inkişaf edən Azərbaycanın uğurlarını həzm edə bilmir və vaxtilə öz liderinə xəyanət edərək qazandığı “təcrübəni” Azərbaycanda tətbiq etməyə can atır. Bu gün dünya ölkəmizin “ASAN xidmət” inqilabından yararlanır, Ə.Kərimli isə vətəndaş qarşıdurması yaratmağa, Suriyanın “inqilab təcrübəsini” tətbiq etməyə çalışır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində bu məsələlərə toxunub və müxalifəti faktlar qarşısında qoyaraq Ə.Kərimlinin iç üzünü bir daha xalqa nümayiş etdirib. Əli Həsənovun fikirləri Ə.Kərimlinin bu illər ərzindəki fəaliyyətinə verilən ən tutarlı qiymətdir.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Ə.Kərimli və onun kimilərin əsassız iddiaları xalqın gözündə heç bir dəyəri olmayan bu ünsürlərin son çırpınışlarıdır: “Bu gün biz Prezidentimizin simasında əsl liderlik nümunəsi görürük. Ölkəmizin başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı Sərəncam imzalayır, minimum əməkhaqları təqribən 40 faiz artırılır, tələbələrin təqaüdləri yüksəlir, qaçqınlara və məcburi köçkünlərə müasir mənzillər və evlər verilir, yeni iş yerləri yaradılır, bir sözlə, xalqın sosial rifahını daha da yaxşılaşdırmaq üçün lazım olan bütün addımlar atılır. Ancaq Əli Kərimli və onun kimilər yenə narazıdır. İnsan öz xalqına, Vətəninə bu qədərmi düşmən kəsilə bilər?! Görünür, Əli Kərimlidə xalq, Vətənlə bağlı heç bir mənəvi dəyər qalmayıb. Bu cür dəyərsiz insanların sözü də dəyərsiz olur”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

