Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
22.02.2019 [09:45]
Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Yaponiya hökumətinin dəstəyi ilə Ordubad rayonundakı Azadkənddə su təchizatı sisteminin inşası layihəsinin həyata keçirilməsini qarşılıqlı əlaqələrin nəticəsi kimi dəyərləndirib və səfirə təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib ki, hər il muxtar respublikada meliorasiya və irriqasiya sahəsində mühüm tədbirlər həyata keçirilir, rayon mərkəzlərində və ətraf kəndlərdə yeni içməli su və kanalizasiya sistemləri qurulur. Bu il Ordubad rayonunda da içməli su və kanalizasiya sistemləri layihəsi başa çatdırılacaqdır.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasında təhsil və iqtisadi sahədəki əlaqələrə diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublika nümayəndələrinin Yaponiyada keçirilən müxtəlif təlim və seminarlarda iştirakından bəhs edib. Ali Məclisin Sədri 2016-cı ildə Yaponiyanın Okinava Prefekturasının nümayəndə heyətinin Naxçıvana səfərini və bu zaman həyata keçirilən qarşılıqlı tədbirləri xatırladıb, layihənin həyata keçirilməsində və fəaliyyətində səfirə uğurlar arzulayıb.
Səfir Teruyuki Katori Naxçıvana səfərindən məmnunluğunu bildirib. Yaponiya-Azərbaycan əlaqələrinin iqtisadi, təhsil və mədəniyyət sahələrində inkişaf etdiyini bildirən səfir muxtar respublikada su təchizatı sistemi layihəsinin həyata keçirilməsi barədə danışıb, əlaqələrin genişlənməsində səylərin artırılacağını vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30

