/ / Ermənistanın işğal altında olan Azərbaycan ərazilərindəki qeyri-qanuni fəaliyyətləri münaqişənin həllinə xələl gətirir
Ermənistanın işğal altında olan Azərbaycan ərazilərindəki qeyri-qanuni fəaliyyətləri münaqişənin həllinə xələl gətirir
10.04.2019 [09:27]
Aprelin 9-da BMT-nin Cenevrə Bölməsində Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycanın daimi nümayəndəsi Vaqif Sadıqov tədbirin məqsədlərini qeyd edərək, münaqişə zonalarında qeyri-qanuni fəaliyyətin insan hüquqlarına təsirindən danışıb.
Tədbirin həmtəşkilatçısı olan BMT-nin Sülh üzrə Universitetinin rektoru Fransisko Roxas Aravena çıxış edərək, sülh olmadığı halda inkişaf və tərəqqinin də olmayacağını və qeyri-qanuni fəaliyyətlərin artacağını vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində bu ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərin həyata keçirildiyini, resurslardan qeyri-qanuni istifadə edildiyini və məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulduğunu qeyd edib. Bu xüsusda, bir sıra praktiki nümunələrə diqqəti çəkərək İsveçrənin tanınmış Frank Müller şirkətinin, eləcə də Airbnb beynəlxalq şirkətinin qanunsuz fəaliyyətlərindən bəhs edib. O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir və münaqişənin uzanmasına xidmət edir. Şöbə müdiri, eyni zamanda, Azərbaycanın münaqişə ərazilərində qeyri-qanuni fəaliyyətlər mövzusunun inkişafına və aktuallaşmasına fəal surətdə töhfə verdiyini vurğulayıb.
Konfrans İtaliya, İsveçrə, Niderland, Böyük Britaniya və Azərbaycandan müvafiq ekspertlərin iştirakı ilə iki işçi sessiyada keçirilib. Tədbir zamanı, həmçinin Anqola, Azərbaycan, Konqo və Syera-Leonedə sözügedən sahədə mövcud olan vəziyyət bu ölkələrin nümayəndələri tərəfindən diqqətə çatdırılıb.
Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və onun insan hüquqlarına təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivənin müzakirəsinə həsr edilmiş ilk sessiyada çıxış edən məruzəçilər münaqişə zonalarında qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə görə müvafiq dövlətlərin məsuliyyət daşıdığını vurğulayıblar. Çıxışlar zamanı bu sahədə məcburi xarakter daşıyan konkret mexanizmin qəbul edilməsinin zəruriliyi qeyd olunub. Bu sessiyada, həmçinin məruzəçilər tərəfindən Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələr, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı, işğal olunmuş ərazilərə qeyri-qanuni pul köçürmələri, insanların məskunlaşdırılması və digər məsələlərlə bağlı fikirlər səsləndirilib.
Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərinə həsr edilmiş ikinci sessiyada isə məruzəçilər işğal olunmuş ərazilərdə yaradılan qeyri-qanuni rejimlərin tanınmaması ilə bağlı digər ölkələrin məsuliyyətinin olduğunu qeyd ediblər. Bu sessiyada “Azərkosmos” ASC-nin peyk vasitəsilə çəkdiyi, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyətin aparılmasını, ətraf mühitə ziyanın vurulmasını, meşələrin yandırılmasını və s. nümayiş etdirən görüntülər təqdim edilib. Bu işçi sessiyada münaqişə zonalarında maddi-mədəni irsin dağıdılması məsələsi də müzakirə olunaraq, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan izinin silinməsi istiqamətində məqsədyönlü şəkildə siyasətin aparıldığı barədə məlumat verilib.
Tədbirdə Cenevrədəki BMT bölməsi yanında akkreditə olunmuş daimi nümayəndəliklər, mövzu üzrə tədqiqat aparan beynəlxalq hüquqşünaslar və qeyri-hökumət təşkilatlarından olan 120-dən çox nümayəndə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

